Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 23:57

Afrikalılar üçün yeni sığınacaq siyasəti təsdiqləndi


Avstriyada miqrantlar

Fransa, Almaniya, İtaliya və İspaniya liderləri Afrikada sığınacaq üçün müraciət edən miqrantlarla bağlı yeni siyasəti razılaşdırıb.

Parisdə sammitdən sonra birgə bəyanatda dörd lider etiraf edib ki, Çad və Nigerdə özəlliklə müdafiəsiz miqrantların Avropada yerləşdirilməsi prosesini başlatmağa ehtiyac var.

Onlar bildiriblər ki, BMT-nin qaçqınlar və miqrasiya agentlikləri ilə birlikdə Afrika ölkələrində «qoruma missiyaları» gerçəkləşdirəcəklər.

Bu addım miqrantlara imkan verəcək ki, BMT-nin qaçqınlar agentliyinin siyahısında adları varsa və Niger və Çad hökumətləri tərəfindən qeydə alınıblarsa, Avropaya qanuni miqrasiya etsinlər.

Eyni zamanda, Avropa liderləri Çad və Nigerə qanunsuz miqrasiyanı önləmək məqsədiylə sərhədlərə nəzarəti gücləndirməyə kömək boyun olublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG