Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 18:20

Əziz Orucovun həbs müddəti artırıla bilər


Jurnalist Əziz Orucov

Jurnalist Əziz Orucovun həbs müddətinin artırılması istənilir.

Bu haqda jurnalistin vəkili Elçin Sadıqov bildirib.

Vəkilin sözlərinə görə, prokurorluq bununla bağlı məhkəməyə təqdimat verib.

Bu təqdimata Nəsimi Rayon Məhkəməsində baxılacaq. Prokurorluğun təqdimatı üzrə proses sabah, avqustun 29-da keçirilməlidir.

Buna da bax:​ Vəkil: ‘Əziz Orucova ittihamlar mahiyyətcə ağırlaşdırılıb’

Təqdimata hakim Elman İsayevin sədrliyi ilə saat 11:00-da baxılmalıdır.

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanan Əziz Orucov barəsində ilkin olaraq 3 aylıq həbs qəti imkan tədbiri seçilib.

XATIRLATMA

«Kanal 13» İnternet TV-nin Bakı bürosunun rəhbəri Əziz Qaraşoğluna (Orucov) mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilmişdi.

Buna da bax:​ Jurnalistin vəkili: 'Müsbətə doğru dəyişiklik var'

Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı.

İttihamlar təsdiqlənərsə, ona 8 ilə kimi azadlıqdan məhrum etmə cəzası verilə bilər.

Cinayət işi Ə.Orucovun təsisçisi olduğu «Qafqaz Media Təhqiqatları» İctimai Birliyi və «Kanal 13» ilə bağlıdır.

Buna da bax:​ 'Təcridxanada jurnalistə nə ventilyator verirlər, nə də pəncərə açmağa qoyurlar'

«Kanal 13» internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.

Bakı bürosunda axtarışdan, kompüterlərin götürülməsindən və büro rəhbərinin həbsindən sonra internet televiziyasının fəaliyyət göstərməsinin qarşısının alındığı bildirilir.

Əziz Orucov ittihamları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG