Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 14:24

Jurnalistin vəkili: 'Müsbətə doğru dəyişiklik var'


Əziz Qaraşoğlu (Orucov)

Avqustun 1-i vəkil Cavad Cavadov Bakı İstintaq Təcridxanasında «Kanal 13» internet televiziyasının Bakı bürosunun rəhbəri Əziz Orucovla görüşüb.

Vəkilin bildirməsinə görə, jurnalistin saxlanılma şəraitində müsbətə doğru dəyişiklik var:

«Kamerasına sərnikeş buraxılıb, həkim müayinəsindən keçirilib və müəyyən tibbi yardım alıb. Səhhəti artıq normaldır. Bundan əlavə, avqustun 1-də ailəsi ilə görüşünə icazə verilib … Bununla yanaşı, bir daha bildiririk ki, Əziz Orucova elan olunmuş ittihamın nə faktiki, nə hüquqi tərəfi var. Ümid edirəm tezliklə Əziz Orucov barəsində cinayət işinin icraatına xitam veriləcək və o, həbsdən azad ediləcək».

Bir müddət öncə jurnalistin səhhətində problemlər yarandığı bildirilirdi. Hətta vəkilinin sözlərinə görə, jurnalist bir dəfə kamerada havasızlıqdan özündən də getmişdi. Üstəlik, jurnalistin ailəsi ilə də görüşünə icazə verilmədiyi açıqlanmışdı.

XATIRLATMA

«Kanal 13» TV-nin Bakı bürosunun rəhbəri Əziz Qaraşoğluna (Orucov) mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilmişdi.

Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Cinayət işi Ə.Orucovun təsisçisi olduğu «Qafqaz Media Təhqiqatları» İctimai Birliyi və «Kanal 13» ilə bağlıdır.

Nəsimi Rayon Məhkəməsi Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

«Kanal 13» internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.

Bakı bürosunda axtarışdan, kompyuterlərin götürülməsindən və büro rəhbərinin həbsindən sonra internet televiziyasının fəaliyyət göstərməsinin qarşısının alındığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG