Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 03:52

Rusiyalı inşaatçıları aparan avtobus Krım yaxınlığında dənizə düşüb, ölənlər var


Foto arxiv

Rusiyalı inşaatçıları aparan avtobusun dənizə aşması nəticəsində azı 18 nəfər həlak olub,30-dan çox adamsa xəstəxanaya düşüb.

Yaralılardan 8-i ağır vəziyyətdədir.

Bu barədə avqustun 25-də İnterfaks və digər Rusiya agentlikləri xəbər verirlər.

İnsident səhər saat 8 radələrində Volna qəsəbəsində baş verib.

Avtobus bu ərzidə körpü tikən “Tamannefteqaz” şirkətinin işçilərini aparırmış.

Qəzanın səbəbi hələlik bəlli deyil.

Onlardan 8-nin xəstəxanaya götürüldüyü bildirilir.

Qeyd edək ki, Rusiya Tamansk yarımadası ilə Ukraynanın Kırım yarımadası arasında körpü tikir.

Rusiya Krımı 2014-cü ildə ilhaq edib.

Beynəlxalq aləm bunu tanımır və Krımın ilhaqı ilə Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq efib.

Qərb Rusiyanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG