Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 12:02

Komitə hesabatdan həm məmnun, həm narazıdır


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

“ABŞ Dövlət Departamentinin Azərbaycanda din azadlığına dair açıqladığı illik hesabatda dini durumdakı pozitiv məqamları əks etdirən bəzi məlumatların yer almasından məmnunuq”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bu gün, avqustun 21-i ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Villiam Solley ilə görüşündə belə deyib. Bu haqda komitənin məlumatında bildirilir.

S.Heydərov bununla belə Dövlət Departamentinin hesabatındakı məlumatları tam bölüşmədiklərini ifadə edib.

Buna da bax:​ ABŞ hesabatı: Azərbaycanda dini fəalların həbsləri davam edir

“Hesabatda həqiqəti əks etdirməyən bir sıra məlumatlar da yer alıb. Real faktlara əsaslanmayan həmin məlumatlar ətrafında dövlət komitəsinin rəhbərliyi ilə ABŞ səfirliyi arasında dəfələrlə müzakirələr aparılıb. Bu hallara aydınlıq gətirilməsinə baxmayaraq, onların yenidən hesabatda yer almasından təəssüflənirik”, - sədr müavini bildirib.

V.Solley-in isə müzakirələrin daha da intensivləşdirilməsinin vacibliyini vurğuladığı bildirilir.

Xatırlatma

Avqustun 15-də ABŞ Dövlət Departamenti Beynəlxalq Din Azadlığı hesabatını açıqlayıb.

Buna da bax:​ Deputat: 'Qafqaz Müsəlmanları İdarəsinin adının qanunda xatırlanması yanlışdır'

Hesabatın Azərbaycana aid bölümündə qeyd olunur ki, hökumət dini fəalların saxlanmasını və həbslərini davam etdirir. Üstəlik, yerli insan haqları fəalları bu şəxsləri vicdan məhbusu hesab edirlər.

Hesabatda vurğulanır ki, təxmini hesablamalara görə saxlanan dini fəalların sayı 2015-ci ildə 46 nəfər idisə, ötən ilin sonlarında bu rəqəm 86-ya çatıb.

Hesabatda həmçinin qeyd edilir ki, hökumətin qeyri-ənənəvi hesab etdiyi dinlərin nümayəndələri – Yəhvanın şahidləri, baptistlər və bəzi İslam təşkilatlarının qeydiyyatı prosesi onların fəaliyyətini məhdudlaşdırır.

Buna da bax:​ 'Azərbaycanda din azadlığının durumu pisləşib'

Hesabatda Azərbaycanda məscidlərin bağlanması və qeydiyyatsız icmaların ibadətlərinin dayandırılmasından, dini azlıqların nümayəndələrinin həbs edilməsindən də bəhs edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG