Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 23:17

Rəis müavini jurnalistin məhkəməsində ifadə verib


Jurnalist İkram Rəhimov

Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Hikmət Qasımov bu gün, avqustun 16-da jurnalist İkram Rəhimovun işgəncəyə məruz qalması iddiası ilə verdiyi şikayətə əsasən dindirilib.

Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. Prosesin gedişi ilə bağlı AzadlıqRadiosu-na müdafiə tərəfi məlumat verib.

Bundan əvvəl, avqustun 6-da keçirilmiş iclasda məhkəmə heyəti jurnalistin vəkillərinin vəsatətini təmin edərək polis idarəsi rəisinin müavinini ifadə verməyə çağırmışdı.

Buna da bax:​ Jurnalistin işgəncə iddiası - polis rəisinin müavini ifadə verəcək

Vəkillərin bildirməsinə görə, H. Qasımov jurnalistə onun otağında işgəncə verilməsi iddiasını rədd edib.

“Jurnalist ümumiyyətlə mənim otağımda olmayıb. Onu cəmi bir dəfə gördüyümü xatırlayıram. Polis İdarəsində gətiriləndə görmüşdüm”, - rəis müavini bildirib.

Jurnalistin vəkili Elçin Sadıqov da bildirməsinə görə, rəis müavinindən soruşub ki, “İkram Rəhimov şikayətində onun kabinetini, kabinetinin idarə binasındakı yerini doğru təsvir edibmi?”.

Vəkilin qeyd etməsinə görə, H.Qasımov suala müsbət cavab verib. O, dərhal əlavə edib ki, kabinetinin doğru təsvir edilməsi, jurnalistin orda döyülməsi anlamına gəlməməlidir.

Buna da bax:​ 'Polis rəisləri istədikləri vaxt kameraların yaddaşına müdaxilə edə bilir'

Verilən məlumata görə, rəis müavininin ifadəsindən sonra jurnalistin vəkilləri məhkəmədən işgəncə iddiasının təmin edilməsini, şikayət üzrə aşağı məhkəmənin qərarının ləğv edilməsini istəyiblər.

Ancaq hakim Fərmayıl Zeynallının sədrlik etdiyi məhkəmə heyəti şikayəti rədd edib.

Məhkəmədən sonra jurnalist İkram Rəhimov qərarla razılaşmadıqlarını bildirib. O, deyib ki, vəkilləri Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcək.

Buna da bax: Jurnalist məhkəmə zalından azadlığa buraxıldı

Xatırlatma

Realliq.az saytının redaktoru İkram Rəhimov 2016-cı ildə Sumqayıtdakı «Ucuz market» ticarət mərkəzinin rəhbərinin xüsusi ittiham qaydasında şikayəti əsasında həbs olunmuşdu. İ.Rəhimov saytda R.Novruzov soyadlı bir şikayətçinin məktubunu dərc edib. Məktubda iddia olunub ki, həmin ticarət rəhbəri şəhərin icra hakimiyyəti başçısına rüşvət verib.

Sumqayıt Şəhər Məhkəməsi ötən ilin noyabrında həm jurnalisti, həm də ona şikayət məktubu yazan Rəhman Novruzovu Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə günahkar bilərək, bir il azadlıqdan məhrum edib.

Jurnalist mühakimə edildikdən sonra vəkili vasitəsilə, hələ polisdə saxlanarkən şəhər rəhbərliyinin göstərişi ilə ona işgəncə verildiyini açıqlamışdı.

Buna da bax:​ Həbsdəki jurnalistin şikayətinə baxılır

Daxili İşlər Nazirliyi, eləcə də, Sumqayıt şəhər İcra Hakimiyyəti jurnalistin bu fikirlərini təkzib etmişdi.

Ancaq jurnalistin vəkilləri işgəncə iddialarının araşdırılmasından ötrü ayrıca hüquq mühafizə qurumlarına müraciət ediblər.

Sumqayıt Apellyasiya Məhkəməsi martın 1-də böhtanda təqsirləndirilərək həbs edilmiş jurnalisti və mediaya müraciət yazmış vətəndaş Rəhman Novruzovu vaxtından əvvəl məhkəmə zalından azadlığa buraxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG