Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 00:59

Həbsdəki jurnalistin şikayətinə baxılır


Vəkil Elçin Sadıqov.

Yanvarın 17-də Sumqayıt Apellyasiya Məhkəməsi böhtanda təqsirləndirilərək həbs edilən Realliq.az saytının redaktoru İkram Rəhimovun və mediaya müraciət yazmış vətəndaş Rəhman Novruzovun şikayətinə baxıb.

Bu haqda jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Hər iki şəxs barəsində 1 il həbs cəzası nəzərdə tutan ilkin hökmünü Sumqayıt şəhər məhkəməsi çıxarıb.

Buna da bax:​ Jurnalistə bəraət istənilir

Ancaq Elçin Sadıqov hesab edir ki, həm işə Sumqayıtda baxılması, həm də hökm qanunsuz olub. Çünki, mübahisə mövzusu olan yazılar Bakının Nərimanov rayonunda nəşr olunan “Hürriyyət” qəzetində dərc edilib.

Vəkil ilkin baxış iclasında hökmün və Sumqayıt Şəhər Məhkəməsinin hazırlıq iclasının qərarının ləğv edilməsi haqqında vəsatət qaldırıb.

Vəkilin bildirdiyinə görə, vəsatət haqqında qərar gələn həftəyə qalıb. Məhkəmə heyəti bununla bağlı Ali Məhkəmənin tövsiyələrinin incələnəcəyi, bunun işığında qərar veriləcəyini bildirib.

Buna da bax: Jurnalist: 'Mənə Sumqayıt polisində 3 gün işgəncə verdilər'

Vəsatətlə bağlı qərar yanvarın 26-da elan ediləcək. Vəsatət təmin olunarsa, işə Nərimanov Rayon Məhkəməsində baxılacaq.

Xatırlatma

Realliq.az saytının redaktoru İkram Rəhimov Sumqayıtdakı «Ucuz market» ticarət mərkəzinin rəhbərinin xüsusi ittiham qaydasında şikayəti əsasında həbs olunub. İ.Rəhimov həmin ticarət rəhbərinin şəhərin icra hakimiyyəti başçısına rüşvət verməsi haqqında vətəndaş R.Novruzovun şikayət məktubunu dərc etmişdi.

Sumqayıt Şəhər Məhkəməsi ötən ilin noyabrında həm jurnalisti, həm də ona şikayət məktubu yazan Rəhman Novruzovu Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə günahkar bilərək, bir il azadlıqdan məhrum edib.

Buna da bax:​ İlham Əliyev 'mətbuat düşmənləri' siyahısında

Jurnalist mühakimə edildikdən sonra vəkili vasitəsilə, hələ polisdə saxlanarkən ona işgəncə verildiyini açıqlamışdı.

Daxili İşlər Nazirliyi, eləcə də, Sumqayıt şəhər İcra Hakimiyyəti jurnalistin bu fikirlərini təkzib etmişdi.

Ancaq jurnalistin vəkilləri işgəncə iddialarının araşdırılmasından ötrü ayrıca hüquq mühafizə qurumlarına müraciət ediblər.

Multimedia

XS
SM
MD
LG