Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:51

Jurnalist məhkəmə zalından azadlığa buraxıldı


Foto illüstrasiya
Foto illüstrasiya

Böhtanda təqsirləndirilərək həbs edilən realliq.az saytının redaktoru İkram Rəhimov və mediaya müraciət yazmış vətəndaş Rəhman Novruzov məhkəmə zalından azadlığa buraxıb.

Qərarı Sumqayıt Apellyasiya Məhkəməsi bu gün, martın 1-də jurnalistin şikayətinə baxış zamanı qəbul edib.

Apellyasiya şikayətində İ.Rəhimov və R.Novruzova bəraət verilməsi istənilirdi.

Məhkəmə şikayəti qismən təmin edib. Jurnalistə və onun mənbəyinə 9 ay müddətinə islah işləri cəzası təyin edilib. Məhkəmə azadlıqdan məhrumetmə cəzasını islah işləri cəzası ilə əvəzləyib.

Hər iki şəxs cəzasını çəkmiş sayıldığından məhkəmə zalından azadlığa buraxılıblar.

Məhkəmədən sonra jurnalistin və onun mənbəyi R.Novruzovun vəkili Elçin Sadıqov qərarla razı olmadıqlarını bildirib.

Buna da bax-Sahə müvəkkili və mülki geyimlilər vəkilin mənzilinə niyə gəliblər?

«İkram Rəhimovun həbs olunması, ona verilən ittiham tamamilə əsassız və qanunsuz idi. Bununla belə, məhkəmə sifarişli qərar verilərək jurnalistin ifadə azadlığı hüququna kobud müdaxilə etmişdi. İndi məhkəmə ona bəraət verməli idi», - vəkil deyib.

Elçin Sadıqov bildirib ki, qərardan Ali Məhkəməyə şikayət ediləcək, jurnalistə bəraət verilməsini tələb edəcək.

«Ali Məhkəmə bəraət verməzsə, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik. Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsi aydın şəkildə göstərir ki, jurnalistin ifadə azadlığına cinayət hüquqi müdaxilə, yəni həbs cəzası yolverilməzdir», - vəkil əlavə edib.

XATIRLATMA

Realliq.az saytının redaktoru İkram Rəhimov Sumqayıtdakı «Ucuz market» ticarət mərkəzinin rəhbərinin xüsusi ittiham qaydasında şikayəti əsasında həbs olunub. İ.Rəhimov həmin ticarət rəhbərinin vergidən yayınması, şəhər rəhbərliyinə rüşvət verməsi haqqında vətəndaş R.Novruzovun şikayət məktubunu dərc etmişdi.

Sumqayıt Şəhər Məhkəməsi ötən ilin noyabrında həm jurnalisti, həm də ona şikayət məktubu yazan Rəhman Novruzovu Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə günahkar bilərək, 1 il azadlıqdan məhrum etmişdi.

Jurnalist mühakimə edildikdən sonra vəkili vasitəsilə hələ polisdə saxlanarkən ona işgəncə verildiyini açıqlamışdı.

Daxili İşlər Nazirliyi, eləcə də Sumqayıt şəhər İcra Hakimiyyəti jurnalistin bu fikirlərini təkzib etmişdi.

Ancaq jurnalistin vəkilləri işgəncə iddialarının araşdırılmasından ötrü ayrıca hüquq-mühafizə qurumlarına müraciət ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG