Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 00:04

ABŞ-ın dövlət katibi Rex Tillerson rusiyalı həmkarına deyib ki, Moskvanın 2016-cı ildə Birləşmiş Ştatlarda prezident seçkisinə müdaxiləsi iki ölkə arasında «ciddi inamsızlıq» yaradıb. Bu haqda Tillerson özü məlumat verib. O, avqustun 7-də Manilada regional forum çərçivəsində danışıb.

Dövlət katibinin sözlərinə görə, Sergei Lavrov-la görüşündə vurğulayıb ki, seçkilərə müdaxilə «ciddi insident» idi. O, Lavrov-a həm də xəbərdarlıq edib ki, ABŞ hökuməti Kremlin son qərarıyla bağlı cavab tədbirini götür-qoy edir.

Kreml Moskvadakı ABŞ diplomatik missiyasının sayını kəskin azaltmağa qərar verib, bu addımı ABŞ Rusiyaya yeni sanksiyalar qoyandan sonra atıb.

Ancaq Tillerson Birləşmiş Ştatların hələ də Moskvayla işləmək istədiyini dilə gətirib. Onun fikrincə, bir məsələyə görə bütün əlaqələri kəsmək «faydalı» deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG