Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 07:32

ABŞ səfiri Koreyaya sanksiyaları 'güclü' adlandırır


ABŞ-ın BMT-dəki səfiri Nikki Haley. 5 iyul, 2017

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley qurumun Şimali Koreyaya raket proqramına görə sanksiyalar qətnaməsini “indiyədək istənilən ölkəyə qarşı bir nəslin tarixindəki ən güclü sanksiyalar” adlandırıb.

Ancaq səfir avqustun 5-də onu da deyib ki, bu addımlar yetərli deyil, “bu problemi həll etdiyimizlə bağlı özümüzü aldatmamalıyıq – buna heç yaxınlaşmamışıq da”.

Buna da bax:​ BMT Şimali Koreyaya sanksiyaları səsə qoyacaq

“Qanundankənar Şimali Koreya diktaturası təhlükəsi qalır və getdikcə daha çox təhlükəli olur”, – Haley səsvermədən sonra Təhlükəsizlik Şurasına deyib.

ABŞ prezidenti Donald Trump da sanksiyaları alqışlayıb, Twitter-də yazıb ki, “BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyaya sanksiyalara 15-0 səs çoxluğuyla səs verdi. Çinlə Rusiya da bizə səs verdi. Bunun çox böyük maliyyə təsiri olacaq!”

Pxenyan iki qitələrarası ballistik raket sınaqdan keçirəndən sonra Təhlükəsizlik Şurası bu ölkəyə yeni sanksiyalar qoymaq qərarına gəlib.

Buna da bax: BMT-ni İrana qarşı tədbir görməyə çağırırlar

Sanksiyalar Şimali Koreyadan kömür, dəmir, qurğuşun və dəniz məhsullarının ixracını yasaqlayır, bütün ölkələrə bu məhsulları idxal etmək qadağan olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG