Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:13

BMT-ni İrana qarşı tədbir görməyə çağırırlar


İran iyulun 27-də «Simorgh» adlı ən qabaqcıl peykdaşıyan raketini buraxıb.
İran iyulun 27-də «Simorgh» adlı ən qabaqcıl peykdaşıyan raketini buraxıb.

Birləşmiş Ştatlar və Avropadakı müttəfiqlərindən üçü BMT-ni «İrana aydın mesaj göndərməyə» çağırıb. Qərb ölkələri Tehranın bu yaxınlarda peykdaşıyan raket buraxmasının regionda sabitsizlik yaratdığını deyirlər.

ABŞ-ın səfiri Nikki Haley avqustun 2-də BMT-nin Təhlükəsizlik Şurasına məktubunda yazıb ki, raketin buraxılması «İran tərəfdən hədələyici və provokativ addımdır».

«QƏTNAMƏYƏ UYĞUN DEYİL»

Məktub ABŞ, Fransa, Almaniya və Böyük Britaniyanın adından yazılıb. Bu ölkələr Şuranı çağırırlar ki, Tehrana qarşı «uyğun cavab tədbirləri»ni müzakirə etsin.

***Buna da bax-Serzh Sarkisian: 'İranın Ermənistanla xüsusi bağları var'

Məktubda qeyd olunur ki, raketin buraxılması BMT qətnaməsinə uyğun deyil. Həmin qətnaməylə Tehranla dünya gücləri arasında 2015-ci il nüvə razılaşması qüvvəyə minib. Tehran sanksiyaların yüngülləşdirilməsi əvəzində nüvə və ballistik raket proqramlarını məhdudlaşdırmağa razılaşıb.

Rusiyanın BMT-dəki yeni səfiri isə deyilənlər razı deyil. Vasily Nebenzya avqustun 2-də Nyu-Yorkda jurnalistlərə deyib ki, Rusiya raketin buraxılmasını nüvə razılaşmasının pozulması saymır.

***Buna da bax-İran ABŞ-ı nüvə sazişini pozmaqda ittiham edir

İran iyulun 27-də «Simorgh» adlı ən qabaqcıl peykdaşıyan raketini buraxıb.

«SOYUQ BAŞLA DAVAM EDƏCƏYİK»

ABŞ rəsmiləri deyirlər ki, bu tip texnologiya nüvə materialı daşımaq üçün hazırlanıb. Pentaqonsa bildirir ki, bu texnologiyadan qitələrarası ballistik raketlərin hazırlanmasında istifadə oluna bilər.

Bu məktubun göndərildiyi gün prezident Donald Trump İran, Rusiya və Şimali Koreyaya əlavə sanksiyalar qoyan qanunu imzalayıb.

İran xarici işlər nazirinin müavini Abbas Araqchi deyib ki, bu sanksiyalar Birləşmiş Ştatların nüvə razılaşmasını sabotaj cəhdidir.

«Biz əks-tədbirlərlə cavab verməyəcəyik. Əvəzində bu oyuna çəkilməkdən imtina edəcəyik və soyuq başla davam edəcəyik», – o deyib.

XS
SM
MD
LG