Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 10:35

BMT Şimali Koreyaya sanksiyaları səsə qoyacaq


Şimali Koreya. Kim Jong-Un

Avqustun 5-də BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyaya sanksiyalar layihəsini səsverməyə çıxaracaq. Məqsəd bu ölkədən 1 milyard dollarlıq ixraca qadağa qoymaqla Pxenyanı danışıqlar masasına əyləşməyə məcbur etməkdir.

BMT diplomatlarının məlumatına görə, Şimali Koreyadan təkcə dəniz ərzağı, kömür, dəmir və qurğuşun ixracı yasaqlanmayacaq. Həmçinin ölkələrin Pxenyandan miqrant fəhlə qəbulu qadağan olunacaq. Şimali Koreyadan miqrant fəhlələr daha çox Çində və Rusiyada çalışır.

Buna da bax:​ Rusiyayla Çin ABŞ-a cavab verirlər

Məlumatı Nyu Yorkda jurnalistlərə adının çəkilməsini istəməyən diplomat verib. Onun sözlərinə görə, Təhlükəsizlik Şurasında Şimali Koreyanı daim müdafiə etmiş Rusiya və Çinin də yeni sanksiyaların lehinə səs verəcəyi gözlənir.

Pxenyan ötən il Birləşmiş Ştatlara çata biləcək qitələrarası ballistik raketləri uğurla sınaqdan keçirib. Bundan sonra ona yeni sanksiyalar qoyulması təklif olunub.

Daha öncə BMT-nin Təhlükəsizlik Şurası bu ölkəyə altı dəfə sanksiya tətbiq edib. Ancaq Şimali Koreya nüvə silahlarının hazırlanması fəaliyyətini dayandırmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG