Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 11:32

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsinin 15 faiz səviyyəsində saxlanılmasına qərar verib.

Qərar bankın İdarə Heyətinin avqustun 1-də keçirilmiş toplantısında verilib. Bu haqda AMB-nın press-relizində deyilir.

Qərarda həmçinin, faiz dəhlizinin aşağı həddinin 10, yuxarı həddinin isə 18 faiz səviyyəsində dəyişməz saxlanılması nəzərdə tutulur.

Mərkəzi Bank qeyd edir ki, ölkədə makroiqtisadi sabitlik dərinləşir, iqtisadiyyatın aparıcı sektorunda işgüzar aktivliyin bərpası davam edir.

Buna da bax:​ FED uçot dərəcəsini olduğu kimi saxladı

Qərarın əsaslandırması

“İnflyasiya gözləntilərinin nisbətən səngiməsi davam etsə də bu proseslə əlaqəli, xüsusilə təklif və struktur xarakterli risklər tam aradan qalxmayıb”, - AMB bildirir.

AMB faiz dəhlizinin parametrlərinə dair qərar verərkən nəzərə alınan makroiqtisadi meylləri də açıqlayıb. İqtisadi aktivlik, xarici balans, məzənnə, monetar şərait və inflyasiya prosesləri bu sırada sadalanır.

“2017-ci ilin 6 ayında qeyri-neft sektorunda 1.7 faiz iqtisadi artım qeydə alınıb. Artım ticari sektorda 3.7, kənd təsərrüfatında 2.2 faiz təşkil edib. Mərkəzi Bank tərəfindən iyun ayında aparılan real sektorun monitorinqinin nəticələrinə görə, emal sənayesində istehsal indeksi və ticarətdə satış indeksi göstəriciləri yaxşılaşır”, - bank qeyd edir.

Buna da bax:​ N.Cəfərli: 'Uçot dərəcəsinin ciddi təsiri yoxdur'

Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın 36.5 faiz artdığı, idxalın isə 15.7 faiz azaldığı bildirilir. Bundan başqa vurğulanır ki, ölkənin strateji valyuta ehtiyatları artıb.

İnflyasiya proseslərində nəzərə çarpan tendensiyalara da toxunan Mərkəzi Bank bu ilin birinci yarısında orta illik inflyasiyanın 13.9 faiz təşkil etdiyini qeyd edib.

Mərkəzi Bankın faiz dəhlizinin parametrlərini növbəti dəfə sentyabrın 18-də müzakirə edəcək.

Buna da bax:​ Təhlilçilər FED-in faiz artımının konkret təsirindən danışır [video]

Xatırlatma

Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizləri məsələsinə bundan əvvəl iyunun 21-də baxmışdı.

Həmin vaxt uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi dəyişməz saxlanılmışdı. Faiz dəhlizinin aşağı həddinin isə 12-dən 10 faizə endirilməsi ilə bağlı qərar qəbul edilmişdi.

İdarə Heyəti o zaman hesab edirdi ki, qeyri-neft sektorunda iqtisadi artım bərpa olunub. İxracın artımı və idxalın azalması nəticəsində tədiyyə balansı profisit mövqeyə keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG