Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 15:57

FED uçot dərəcəsini olduğu kimi saxladı


FED-in sədri Janet Yellen

ABŞ Mərkəzi Bankı olan Federal Rezerv Sistem (FED) iyulun 26-dakı növbəti iclasında uçot dərəcəsini olduğu kimi saxlamaq qərarını verib.

FED maliyyə bazarında mövcud durumu nəzərə alaraq uçot dərəcəsini dəyişməyib və 1,00-1,25 faiz arasında saxlayıb.

FED sonunçu uçot dəyişikliyini iyunun 14-də etmişdi. O vaxt FED uçot dərəcəsini 0,75-1%-dən 1-1,25%-ə qaldırmışdı.

Uçot dərəcəsi qalxanda dollar bahalaşır. Müvafiq olaraq da digər valyutalar, o cümlədən Azərbaycan manatı ucuzlaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG