Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:12

N.Cəfərli: 'Uçot dərəcəsinin ciddi təsiri yoxdur'


N.Cəfərli
N.Cəfərli

«Statistikadakı müsbət dəyişikliklər neftin bahalanması ilə bağlıdır».

İqtisadçı Natiq Cəfərli Mərkəzi Bankın tədiyə balansının yaxşılaşması ilə bağlı məlumatını dəyərləndirərkən belə deyib.

Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir.

İqtisadçı 2017-ci ilin ilk 5 ayında neftin orta qiymətinin 30 faiz bahalaşdığını bildirib.

«Neftin qiyməti 55 dollara çatmışdı. İndi isə neft 44 dollardır. Cəmi 2-3 ay belə qalsa, ümumi daxili məhsulun (ÜDM) azalması sürətlənəcək, ticarət balansında mənfi saldo yaranacaq», - iqtisadçı deyib.

Mərkəzi Bankın uçot dərəcəsini aşağı salmasına gəlincə, N.Cəfərli vurğulayıb ki, bir neçə il əvvəl uçot dərəcəsi 2.5 faiz olanda belə, bankların kredit faizi 20-25 faiz idi.

«Yəni, uçot dərəcəsinin Azərbaycanda aşağı-yuxarı olmasının elə bir ciddi təsiri yoxdur. Amma avqustda faizlər aşağı düşəcəksə, deməli, manat kütləsi dövriyyədə artacaq, bu isə manatın ucuzlaşmasına səbəb olacaq», - deyə iqtisadçı bildirib.

Mərkəzi Bank (MB) ilin ikinci yarısında iqtisadi və inflyasiya dinamikasından asılı olaraq uçot dərəcəsinin azaldılması potensialının olduğunu qeyd edib. Bildirilir ki, Mərkəzi Bankın İdarə Heyəti avqustun 1-də uçot dərəcəsinin səviyyəsi məsələsinə yenidən baxacaq.

MB manatın məzənnəsində əhəmiyyətli dəyişikliklər gözləmir.

XATIRLATMA

Dünən, iyunun 21-i Mərkəzi Bankın İdarə Heyətinin iclası keçirilib.

Mərkəzi Bank bildirir ki, iclasda bu il iyunun 22-dən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi dəyişməz saxlanıb.

Faiz dəhlizinin aşağı həddinin isə 12 faizdən 10 faizə endirilməsi ilə bağlı qərar qəbul edilib.

İdarə Heyəti hesab edir ki, qeyri-neft sektorunda iqtisadi artım bərpa olunub. İxracın artımı və idxalın azalması nəticəsində tədiyə balansı profisit mövqeyə keçib. Milli valyutanın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlməkdədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG