Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:42

Palata: 'Menyuda xəstələrin sayı çox göstərilib'


Sumqayıtda xəstəxana

Hesablama Palatası 2015-2016-cı illərdə Sumqayıt şəhər Səhiyyə Şöbəsinə büdcədən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı auditin nəticələri üzrə hesabat açıqlayıb.

Sumqayıt şəhər Səhiyyə Şöbəsinin tabeliyində 9 xəstəxana, 10 poliklinika, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, mərkəzləşdirilmiş mühasibatlıq və mərkəzi avtomaşın qarajı var.

Hesabatda bildirilir ki, auditin əhatə etdiyi dövrdə səhiyyə xərclərinə ümumilikdə 30.3 mln. manat vəsait sərf edilib.

Palata bildirir ki, bir çarpayı gününə düşən dərman xərci hesabat dövründə fərqli olub:

«Xəstəxanalarda ərzağın menyularda göstərilən miqdardan az verilməsi, menyularda xəstə sayının çox göstərilməsi səbəbindən artıq vəsait ödənişinə yol verilib. Müvafiq qərarla təsdiq edilmiş normalarda nəzərdə tutulmayan ərzaq məhsullarının alınmasına vəsait sərf edilib».

Hesabatda həmçinin vurğulanır ki, xəstəlik tarixlərindəki təyinat vərəqələrinə işlənilmədən, təsdiqedici sənəd olmadan dərman silinib. Stasionar müalicədə istifadəsi nəzərdə tutulmuş dərman preparatları imtiyazlı reseptlər əsasında ambulator müalicə alan xəstələrə verilib. Palata hesab edir ki, maliyyə hesabatlarının tərtibi zamanı bəzi nöqsanlara da yol verilib. Təmir məsrəfləri mühasibat uçotunda düzgün əks edilməyib.

Hesabata hələlik Səhiyyə Nazirliyindən və Sumqayıt şəhər Səhiyyə Şöbəsindən münasibət almaq mümkün olmayıb.

Hesablama Palatası bundan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu» ASC, Bakı Dövlət Universiteti və İctimai Televiziyada nöqsanlar aşkarladığını açıqlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG