Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 16:13

Baş prokuror vəzifədən getməyəcəyini deyir


Jeff Sessions

ABŞ-ın baş prokuroru Jeff Sessions iyulun 27-də mediaya deyib ki, prezident Donald Trump-ın onu tənqid etməsinə baxmayaraq, vəzifədən getməyəcək. Trump onu Rusiyanın ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsini araşdırmasıyla bağlı tənqid edib.

J.Sessions vəzifəyə keçəndən az sonra özünü Ədliyyə Departamentinin Rusiya təhqiqatından kənara çəkib. Trump onu həmin qərarı, eləcə də xəbər mediasına araşdırmayla bağlı məlumat sızdıran hökumət adamlarını təqib etməməyə görə tənqid edib.

Bu tənqidlərdən sonra Sessions-un tezliklə işdən çıxarılacağı, yaxud istefa verəcəyi barədə spekulyasiyalar səslənib. Ancaq o, «The Associated Press» agentliyinə müsahibəsində deyib ki, belə bir niyyəti yoxdur və «Trump onu uyğun gördükcə», vəzifədə qalacaq.

«Dəyişiklik etmək istəyirsə, buna haqqı var», – Sessions deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG