Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 21:53

Avropa Birliyi ilə danışıqların növbəti raundu keçirilib


arxiv

İyulun 19-da Azərbaycan və Avropa Birliyi (AB) arasında əməkdaşlığın hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların növbəti raundunun keçirildiyi bildirilir.

Xarici İşlər Nazirliyinə istinadən yayılan məlumatda müzakirələrin Brüsseldə baş tutduğu xəbər verilir.

Danışıqların növbəti raundunun siyasi və təhlükəsizlik məsələlərinə həsr olunduğu deyilir. Tərəflərarasında məhsuldar fikir mübadiləsinin aparıldığı bildirilir.

Nazirlikdən həmçinin, bildirildiyinə görə, müzakirələr zamanı danışıqların növbəti raundunun görüşlər, eləcə də video konfranslar vasitəsilə davam etdirilməsi razılaşdırılıb.

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla çərçivə sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrı-ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG