Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 19:22

Masallıda müsavatçının məhkəməsi başlayıb


arxiv

İyulun 18-də Masallı Rayon Məhkəməsində Müsavat Partiyasının yerli təşkilatının sədri Xasay Fərzulla ilə bağlı cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Məhkəmə prosesi haqda avtomobil qəzasına görə, cinayət işi açılan müsavatçının vəkili Nemət Kərimli məlumat verib.

Müdafiə tərəfi hazırlıq iclasındavəsatətlərlə çıxış ediblər. Vəsatətlərdən biri təqsirləndirilən şəxsin vəkillərlə bir yerdə oturması istəyi barədə olub. Dövlət ittihamçısı vəsatətin əleyhinə çıxıb. Məhkəmə heyəti vəsatəti rədd edib.

Digər vəsatət məhkəmə iclasının video çəkilişinin aparılması ilə bağlı olub.

Məhkəmə heyəti həmin vəsatəti də rədd edib.

Nemət Kərimli məhkəmədə deyib ki, vəsatətlərin təmin edilməməsi X.Fərzullanın keyfiyyətli müdafiə hüququnu pozur.

Məhkəmə prosesi avqustun 2-nə təyin olunub.

Xatırlatma

Müsavat Partiyası Masallı rayon təşkilatının sədri Xasay Fərzullaya Cinayət Məcəlləsinin 263.1.1 maddəsi ilə (ehtiyatsızlıq üzündən ağır xəsarət yetirmək) ittiham olunur.

Cinayət işinin qaldırılmasına səbəb avtomobil qəzasıdır.

Bu il aprelin 5-də Xasay Fərzulla öz maşını ilə Masallı rayonunun Bədəlan kənd ərazisində Rauf Tağıyevinyola çıxması nəticəsində ona xəsarət yetirib. Vəkillərinin bildirdiyinə görə, Xasay Fərzulla Rauf Tağıyevi dərhal xəstəxanaya çatdırıb, Bakıda müalicəsindən ötrübütün xərcləri çəkib.

X.Fərzulla istintaq zamanı işin “siasiləşdirildiyini” açıqlamışdı.

“Boradigah kənd ərazi nümayəndəsi polisə mənimlə bağlı xasiyyətnamə verib. Orda mənim cəmiyyət həyatında müsbət rolumun olmamasını, Müsavat Partiyasının Masallı təşkilatının sədri olmağımı xüsusi vurğulayıb. Bu işi hüquqi müstəvidən uzaqlaşdırır”, müsavatçı bildirmişdi.

Müxalifətçilər avtomobil qəzasına görə, ilk dəfə deyil ki, məhkəməyə çəkilirlər.

Bundan öncə gənc fəal, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqubluya ölümlə nəticələnən avtomobil qəzasına görə, cinayət işi açılmışdı. Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Prezidentliyə keçmiş namizəd, Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə də avtomobil qəzasına görə, cinayət işi açılmışdı. Yasamal Rayon Məhkəməsi onun barəsində 1 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılması ilə bağlı qərar vermişdi. Hər iki olayla bağlı məhkəmənin sifarişli olduğu, müxalifətçiləri cəzalandırmaq məqsədi daşıdığı bildirilirdi.

Hakimiyyət rəsmiləri isə bu iddiaları rədd etmişdi, onlarla bağlı qanunun tələblərinə uyğun şəkildə hökm çıxarıldığını bəyan etmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG