Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 21:56

İraq qüvvələri Bağdadda parad keçirib


İraqda Mosulun azad edilməsini bayram edirlər

İraq hərbi qüvvələri iyulun 15-də paytaxt Bağdad küçələrində parad keçirib, ölkənin ikinci böyük şəhəri olan Mosulun yaraqlılardan alınmasını qeyd edib. Mosul İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının İraqda paytaxtı sayılırdı.

Bir həftə öncə baş nazir Haidar al-Abadi Mosulda İŞİD ekstremistləri üzərində “qələbə”ni rəsmən elan edib. Abadi daha sonra ölkə boyunca bir həftəlik bayram tədbirləri elan edib. İraqın digər şəhərlərində də paradlar keçirilir.

Buna da bax:​ Baş nazir: 'Mosulun azadlığı İraq xalqının böyük qələbəsidir'

Bağdaddakı parada İraq ordusunun, elit antiterror qüvvələrinin, federal polisin, hökumətlə müttəfiq Xalq Səfərbərliyi şiə yaraqlılarının üzvləri qatılıb.

“Reuters” informasiya agentliyinin videosunda tanklar və digər hərbi texnikayla yürüş edən əsgərlər görünür, Abadi onları seyr edir.

Bu arada Mosulun qərbində, Köhnə Şəhər deyilən ərazidə hökumət qüvvələriylə İŞİD ekstremistləri arasında ara-sıra döyüşlər barədə məlumatlar gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG