Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 22:49

Baş nazir: 'Mosulun azadlığı İraq xalqının böyük qələbəsidir'


İraq, Mosul şəhəri. Polislər Mosulun azadlığını bayram edir

İraqın baş naziri Haider Al-Abadi Mosul şəhərinin azadlığı uğurunda 8 ay davam edən döyüş iştiraçkılarını təbrik edib. Mosul 3 il idi ki, İraq hökumətinin nəzarətindən çıxmışdı.

Onun aparatından yayılan məlumatda deyilir ki, şəhərin azadlığı ilə bağlı baş nazir ordunu təbrik edib və bunu İraq xalqının "böyük qələbəsi" adlandırıb.

İraq əsgərləri ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq hərbi kolaisiyanın dəstəyi il 2016-cı ilin oktyabrında Mosulun azadlığı ilə bağlı əməliyyata başlayıb.

BMT-nin məlumatına görə Mosul uğrunda gedən döyüşlərdə minlərlə yerli sakin həlak olub, hardasa 1 milyon insan evini tərk edib.

Hökumət xəbərdarlı edib ki, Mosulun əsas hissələrində döyüşlər başa çatsa da "İslam Dövləti" yaraqlıları yaxınlıqdakı kəndlərdən fərdi hücumlar edə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG