Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 04:55

İmtahan nəticələri 3-4 günə açıqlanacaq


arxiv

İyulun 14-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib.

Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilir ki,imtahan prosesinin idarə olunması üçün operativ qərargah yaradılıb.

Məlumatda deyilir ki, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədiklərindən imtahana buraxılmayıblar. Bundan başqa, köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, köçürməyə cəhd edən abituriyentlər imtahandan xaric olunublar. Belə abituriyentlərin dəqiq sayı açıqlanmır.

İmtahan suallarının düzgün cavabları iyulun 14-də axşam “Space” telekanalındakı “Abituriyent” proqramında DİM-in əməkdaşları tərəfindən açıqlanacaq.

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları Dövlət İmtahan Mərkəzinin internet saytında və facebook səhifəsində də yerləşdiriləcək.

İmtahanların nəticələrinin 3-4 gün ərzində elan ediləcəyi bildirilir.

II və III ixtisas qrupları üzrə imtahanlarda 34 min 41 abituriyentin iştirakı nəzərdə tutulurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG