Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 07:23

Ermənistanda cinsi azlıqlardan bəhs edən 2 film festivala buraxılmayıb


Yerevanda "Qızıl ərik" festivalı

Ermənistanda keçirilən “Qızıl ərik” beynəlxalq kino festivalında fikir ayrılığı yaranıb.

Bu barədə iyulun 11-də Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb.

Hüquq müdafiəçiləri təşkilatçıları senzuraçılıqda-xüsusilə cinsi azlıqlardan bəhs edən iki filmi festivaldan çıxarmaqda günahlandırırlar.

Bunlar “Ərik bağları” və “Məni dinlə” filimləridir.

Ümumiyyətlə təşkilatçılar bu il erməni rejissorlara məxsus, həmçinin Ermənstan və ermənilər barədə çəkilmiş 36 xarici filmi festivaldan çıxarıblar.

Bu dərhal kinomotoqraflar və hüquq-müdafiə təşkilatlarının narazılığına səbəb olub.

Onlar bunu, keçmiş sovet dövründəki senzuraya qayıtmaq cəhdi kimi qiymətləndiriblər.

100-dən çox kinorejissor, rəssam və hüquq müdafiəçisi təşkilatçılara açıq məktub da göndəriblər.

“Qızıl ərik festivalı formatından aslı olmayaraq təcili bütün filmlərin göstərilməsini bərpa etməlidir.

Əks halda etiraf etməlidir ki, onlar senzuranı qanuniləşdirmək və festivalı dəyişmək istəyirlər”məktubda bildirilir.

Bu il festival qatılmaq üçün 96 ölkədən 1100 müraciət daxil olub.

Festivalın konkurs və konkurssuz proqramlarına ümumilikdə 100-dən çox film düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG