Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 17:47

Rusiya Suriyanın cənub-qərbindəki atəşkəsi davam etdirəcək, Suriya münaqişəsinin həllində Birləşmiş Ştatlarla əlavə əməkdaşlıq imkanlarını axtaracaq. Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov iyulun 10-da deyib.

“Bu baza əsasında əlavə addımlar atmağa çalışacağıq”, – Lavrov Moskvada mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya Suriya münaqişəsiylə bağlı ABŞ rəsmiləriylə davamlı əlaqələr saxlayır və ümid edir ki, onlar ölkənin başqa yerlərində də oxşar atəşkəs əldə edə biləcəklər.

Lavrov-un Birləşmiş Ştatlardan həmkarı Rex Tillerson da Suriyadakı atəşkəslə bağlı oxşar hisslər dilə gətirib.

Atəşkəs iyulun 9-dan qüvvəyə minib və hələlik, ona əməl olunur.

Lavrov təklif edib ki, Birləşmiş Ştatlar Suriya sülh danışıqlarında daha fəal iştirak etsin. Rusiya, İran və Türkiyənin vasitəçiliyi ilə danışıqlar Qazaxıstanın paytaxtı Astanada keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG