Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 10:36

Avstriya türkiyəli nazirin gəlişinə qadağa qoydu


Nihat Zeybekci

Avstriya Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci-nin ölkəyə girişinə qadağa qoyub. Nazir Türkiyədə uğursuz çevriliş cəhdinin ildönümü münasibətiylə Vyanada tədbirə qatılmağı planlaşdırırdı.

Avstriya hökumətinin sözçüsü iyulun 10-da deyib ki, planlaşdırılan tədbir “Avstriyada ictimai asayiş və təhlükəsizliyə hədədir”.

Ötən həftə Niderland Türkiyə baş nazirinin müavini Tugrul Turkes-in oxşar tədbirə qatılmaqdan ötrü ölkəyə gəlməsinin arzuolunan olmadığını bildirmişdi.

Türkiyə prezidenti Recep Tayyip Erdogan isə gileylənib ki, iyulun 7-8-də Almaniyada Böyük 20-liyin (G20) sammiti zamanı çevriliş cəhdi barədə ictimaiyyət qarşısında danışmasına icazə verilməyib.

Avstriya və Avropa Birliyi ölkələri Türkiyə hökumətinin uğursuz çevriliş cəhdindən sonrakı hərəkətlərini tənqid ediblər. Həmin cəhddən sonra azı 40 min nəfər həbs olunub, 100 mindən çox adam işdən çıxarılıb. Onların Birləşmiş Ştatlarda yaşayan ilahiyyatçı Fethullah Gulen-ə rəğbət bəslədiyi iddia olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG