Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:41

ATƏT Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul etdi


Foto arxiv

ATƏT-in Parlament Assambleyası Rusiyanın etirazına baxmayaraq Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib.

ATƏT sənəddə bir daha Rusiyanı beynəlxalq norma və prinsiplərə əməl etməyə, Krımn ilhaqı və Ukraynanın şərqindəki terrorçu fəaliyyətlərin maliyyələşdirilməsini dayandırmağa çağırır.

Deputatlar həmçinin Kremldən Donbasdakı hərbi birləşmə və texnikalarının, habelə muzdluların çıxarılmasını, ATƏT müşahidəçilərinin Ukrayna sərhədindəki Rusiya nəzarət-buraxılış məntəqələrinə çıxışının təmin edilməsini və “özünü rüspublika elan edən Ukraynanın şərqindəki“Xalq respublikaları”nın pasportlarının tanınmasının dayandırılmasını tələb edirlər.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Moskvaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Moskva bütün ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG