Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 21:53

ABŞ-la Rusiya Suriyada atəşkəs elan edirlər


Suriya. Rusiya hərbi hava qüvvələri Hama bölgəsini bombalayır, 23 iyun, 2017

Birləşmiş Ştatlar və Rusiya iyulun 7-də Suriyanın cənub-qərbində atəşkəslə bağlı razılığa gəldiklərini elan ediblər. Bu, prezident Donald Trump vəzifəyə gələndən Suriyada ilk sülhyaratma cəhdidir.

Atəşkəs iyulun 9-dan başlanmalıdır. Razılaşma Hamburda, Böyük 20-liyin sammitində Trump-la rusiyalı həmkarı Vladimir Putin-in görüşündən sonra elan olunub.

Buna da bax:​ Trump Rusiyanı 'düşmən rejimləri' dəstəkləməməyə çağırıb

ABŞ dövlət katibi Rex Tillerson deyib ki, bu, “ABŞ-la Rusiyanın Suriyada birgə işləmək bacarığının ilk əlamətidir” və Suriyanın digər yerlərində də sülhyaratma işləri gerçəkləşdiriləcək.

Tillerson deyib ki, Rusiyayla Birləşmiş Ştatlar “Suriya xalqının gələcəyini təmin edəcək siyasi prosesə doğru birlikdə işləyəcəklər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG