Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 10:56

Azərbaycanda 47% siqaret çəkir


Siqareti atmaq istəyirsən? - Nar dənələ!
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Siqareti atmaq istəyirsən? - Nar dənələ!

Aparılan hesablamalara görə, Azərbaycan əhalisinin təxminən 47%-i siqaret istifadəçisidir. Onlar orta hesabla gündəlik 15 siqaret çəkir.

«Report»un xəbərinə görə, bunu tütün məhsullarına qarşı verginin tətbiqiylə bağlı Bakıda keçirilən seminarda Dünya Bankının Azərbaycan üzrə meneceri Naveed Hassan Naqvi deyib.

O hesab edir ki, neft gəlirlərinin azaldığı bir vaxtda bu sahənin vergiyə cəlb edilməsi həm siqaretdən istifadəni azaldar, həm də büdcə daxilolmalarını artırar.

«Hazırda iqtisadi şoklar nəticəsində yoxsulluq dərəcələri artır, odur ki, tütün məmulatlarına verginin tətbiqi ilə bağlı islahatlar aparılmalıdır», - DB rəsmisi söyləyib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda siqaret çəkən kişilərin sayı 35%-i ötür, amma digər bir tədqiqat göstərir ki, bu rəqəm 48%-dir. Yəni, Azərbaycanda siqaret çəkənlərin sayı 35-48% arasında dəyişir, bu isə ölkəni ən çox siqaret çəkilən ölkələrdən biri edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG