Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 22:04

Erdoğan İlham Əliyevə zəng vurub


İlham Əliyev və Recep Tayyip Erdoğan

Türkiyənin dövlət başçısı Recep Tayyip Erdoğan iyulun 6-da Azərbaycanın prezidenti İlham Əliyevə zəng vurub.

AzərTAC-ın məlumatına görə, Erdoğan Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində iki azərbaycanlı mülki şəxsin – nənə və nəvənin ölümüylə bağlı İlham Əliyevə və həlak olanların doğmalarına başsağlığı verib.

Prezident İlham Əliyev qeyd edib ki, bu, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı növbəti dəfə törədilmiş hərbi cinayətdir və “erməni vəhşiliyinin növbəti təzahürüdür”.

Buna da bax:​ Hərbi atteşe: 'Bütün Amerika onların ailəsi ilə birlikdə hüzn içindədir'

AzərTAC xəbər verir ki, telefon söhbəti zamanı yaxın günlərdə Türkiyədə keçiriləcək Dünya Neft Konqresi, Türkiyə-Azərbaycan münasibətləri də müzakirə edilib.

XATIRLATMA

Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına görə Ermənistan Silahlı Qüvvələri iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub.

Buna da bax: Prokurorluq: 'Meyitlərin bədənində qumbaraatan mərmi qəlpələri olub' [video]

Nəticədə iki dinc sakin həlak olub. Bunlar kənd sakinləri Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevadır.

Qəlpə yarası alan Sərvinaz Quliyeva isə hərbi hospitala çatdırılaraq əməliyyat olunub.

Buna da bax:

Alxanlı sakinləri kəndin necə atəşə tutulduğunu danışırlar
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG