Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 01:31

Hərbi atteşe: 'Bütün Amerika onların ailəsi ilə birlikdə hüzn içindədir'


ABŞ-ın Azərbaycandakı səfirliyinin hərbi atteşesi James Tomson

ABŞ-ın Azərbaycandakı səfirliyinin hərbi atteşesi James Tomson Füzuli rayonunda atəşkəsin pozulması nəticəsində iki yaşlı körpənin də həlak olmasından danışarkən belə deyib.

“Qarabağ münaqişəsinin sülh yolu ilə həlli regiona sülhün, mülki əhalinin təhlükəsizlik və sabitliyinin təmin olunması üçün ideal yoldur”, - J.Tomson söyləyib.

O hadisə yeri ilə tanış olmaq üçün hərbi atteşeləri Füzuli rayonuna dəvət etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü çatdırıb.

Buna da bax:​ Erməni qüvvələri Alxanlını atəşə tutub, 2 kənd sakini həlak olub [Video]

İyulun 6-da hərbi attaşelər və xarici KİV nümayəndələri Füzuli rayonunun Alxanlı kəndində erməni silahlılarının yaraladığı Sərvinaz Quliyevaya baş çəkdikdən sonra hadisə zamanı həlak olmuş Sahibə Quliyeva və onun nəvəsi Zəhra Quliyevanın qəbirlərini ziyarət edib, onların ailə üzvləri və kənd sakinləri ilə görüşüblər.

Daha sonra səfər iştirakçıları Alxanlı kəndində hadisənin baş verdiyi əraziyə baxış keçiriblər.

Buna da bax:​ Prokurorluq: 'Meyitlərin bədənində qumbaraatan mərmi qəlpələri olub' [video]

XATIRLATMA

Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına görə Ermənistan Silahlı Qüvvələri iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub.

Nəticədə iki dinc sakin həlak olub. Bunlar kənd sakinləri Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevadır.

Qəlpə yarası alan Sərvinaz Quliyeva isə hərbi hospitala çatdırılaraq əməliyyat olunub.

Buna da bax:

Alxanlı sakinləri kəndin necə atəşə tutulduğunu danışırlar
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG