Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 20:41

Prokurorluq: 'Meyitlərin bədənində qumbaraatan mərmi qəlpələri olub' [video]


Qarabağda münaqişə yenidən alovlanır?
Gözlə

No media source currently available

0:00 0:13:14 0:00

Qarabağda münaqişə yenidən alovlanır? [A-Live]

Azərbaycan atəşkəsin pozulması və iki dinc sakinin ölümü, bir nəfərin yaralanmasına görə məsuliyyəti Ermənistan rəhbərliyinin daşıdığını bildirir.

Azərbaycanın Müdafiəsi Nazirliyinin məlumatına görə iyulun 4-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub, iki nəfər həlak olub. Bunlar kənd sakinləri 50 yaşlı Sahibə Quliyevaonun iki yaşlı nəvəsi Zəhra Quliyevadır. Daha bir kənd sakini isə ağır yaralı halda xəstəxanaya yerləşdirilib.

Buna da bax:​ R.Mirqədirov: 'Elə bil, yeni genişmiqyaslı toqquşmaya hazırlıq gedir'

Qarabağdakı qondarma erməni rejimi isə iddia edir ki, onlar mülki əhaliyə atəş açmırlar, atəşkəsi də onlar pozmayıblar.

Füzulinin Alxanlı kəndinin sakini isə bunları deyir:

“Birdən möhkəm guppultu eşitdim. Heç anlamadım ki bizim evin böyrünə düşdü. Yüyürdüm evin böyrünə, gördüm yıxılıb. Gördüm uşağın anası qucağında uşağı tutub. Dedim bu nədir uşağa da dəyib, dedi hə..."

Alxanlı sakinləri kəndin necə atəşə tutulduğunu danışırlar
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyib ki, meyitlərin bədənində qumbaraatan mərmilərin qəlpələri aşkar edilib, cinayət işi açılıb.

Buna da bax: BMT baş katibindən Qarabağ açıqlaması

İyulun 5-də Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Füzulinin Alxanlı kəndində baş verənlərlə bağlı təmas xəttinin hər iki tərəfində araşdırma aparır. O, Ermənistan prezidentini günahlandırıb:

XİN: Məsuliyyət Yerevanın üzərinə düşür
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

“Ermənistan silahlı qüvvələri bu əmri bilavasitə Ermənistan siyasi rəhbərliyi, həmin ölkənin ali baş komandanından alıblar. Əks halda, bu əməliyyat qeyri-mümkün olardı və bilərəkdən ki, bu kənddə kütləvi şəkildə mülki şəxslər yaşayır”.

Yerevanda Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini Manvel Sargsian deyir ki, cəbhədə nə baş verdiyini müəyyənləşdirməyə çətinlik çəkir, çünki hər iki dövlət öz xeyrinə məlumat verir. O, ATƏT-in müşahidə missiyasının hesabatını gözləməyi məsləhət görür. Sargsian deyir ki, adətən Ermənistan tərəfinin də arqumenti bu olur ki, Azərbaycan tərəfi bilərəkdən odlu silahları mülki əhali olan bölgələrdə yerləşdirir.

Buna da bax:​ Erməni qüvvələri Alxanlını atəşə tutub, 2 kənd sakini həlak olub [Video]

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə bu ittihamı qəti rədd edib, bildirib ki, Alxanlıda Azərbaycan ordusunun nə qərargahı, nə də atəş nöqtəsi var, Ermənistan tərəfi həmişəki kimi dinc əhalini atəşə tutub.

Bəs beynəlxalq hüquq nə deyir? Biz paytaxt sakinlərindən soruşmuşuq ki, onların fikrincə Qarabağdakı bitib-tükənməyən münaqişənin, Ermənistanla Azərbaycan arasında qarşıdurmanın həll olunmasına nə mane olur?

Sizcə, Qarabağda sülh niyə bərqərar olmur? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, Azərbaycanın və Ermənistan da üzv olduğu Cenevrə Konvensiyasına görə hətta müharibə şəraitində belə mülki şəxslərin hədəfə alınması yolverilməzdir.

Buna da bax:​ Həmsədrlər atəşkəsin pozulmasını pislədilər

Sülh və Konfliktlərin Həlli Mərkəzinin direktoru Elxan Mehdiyev isə Azərbaycan hökumətinin bu hadisəyə reaksiyasının yetərli saymır:

"Əgər Ermənistanın başına bu iş gəlsəydi, Azərbaycan tərəfi məhkəmələrdə çürümüşdü. Bir Talış kəndində bir neçə yaşayış binasının dağılması üzündən ermənilər Avropa məhkəməsində 23 iş açıblar Azərbaycana qarşı. Azərbaycanın torpaqlarının 20 faizi işğal olunub, amma Azərbaycan tərəfi bircə cinayət işi qaldırıb".

APA-ya açıqlamasında Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, bu hadisə ilə bağlı beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına müraciət olunacaq.

Buna da bax: XİN: “Gərginliyin məsuliyyəti Ermənistanın üzərinə düşür”

Beynəlxalq Böhran Qrupunun əməkdaşı Olesya Vartanyan isə hesab edir ki, Qarabağ münaqişəsinin yenidən alovlanması ehtimalı artır, ona görə humanitar duruma xüsusi diqqət yetirilməlidir:

“Birinci məqam ondan ibarətdir ki, siyasi səviyyədə danışıqlar davam etməlidir. Bunun üçün prezidentlərin görüşü baş tutmalıdır. Prezidentlər tərəflər arasında yeganə kanaldır. İkinci vacib olan regionda hərbi qüvvələr arasında ünsiyyəti təmin etməkdir. Bizim müşahidəmiz onu göstərir ki, tərəflər arasında gərginlik artır”.

Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü keçən ilin mayında, aprel döyüşlərindən sonra baş tutub. Təhlilçilər, danışıqların həmin döyüşlərdən sonra dalana dirəndiyini deyirlər.

İyulun 11-də Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin növbəti görüşü planlaşdırılıb. Amma təmas xəttində mülki sakinlərin ölümü ilə nəticələnən bu sonuncu hadisənin həmin görüşə təsir edib-etməyəcəyi hələlik bəlli deyil. Xarici işlər nazirliyinin sözçüsü jurnalistlərin bu yöndə suallarına qısaca belə cavab verib ki, Bakı münaqişənin həlli üzrə davamlı danışıqların tərəfdarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG