Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 19:59

Həmsədrlər atəşkəsin pozulmasını pislədilər


Qarabağda erməni əsgərlər.

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması hallarını pisləyən bəyanat yayıblar.

Rusiyalı səfir Igor Popov, Fransadan Stephane Visconti və ABŞ-dan Richard Hoagland adından yayılmış bəyanatda müəlliflər tərəfləri gərginliyi aradan qaldırmağa çağırırlar:

«Biz atəşkəs rejiminin pozulması hallarını pisləyir və tərəfləri gərginliyin artmamasından ötrü gərəkən tədbirləri görməyə çağırırıq».

Həmsədrlər qeyd edirlər ki, müxtəlif mənbələr mayın 15-də Azərbaycan silahlı qüvvələrinin Ermənistanın raket kompleksini vurduğunu bildirir. Mayın 16 və 17-də isə Ermənistan tərəfi müxtəlif kalibrli silahlardan cavab atəşləri açıb.

«Tərəflərin bu hərəkətləri atəşkəsin ciddi şəkildə pozulmasıdır və narahatlıq yaradır. Son zərbələrin hədəfləri, eləcə də qurbanlar və dəyən zərərlə bağlı ziddiyyətli məlumatlar gəlir. Minsk qrupu həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi durumla bağlı daha dolğun informasiya əldə etmək üçün əlavə məlumatlar toplamaqdadır», – bəyanatda bildirilir.

Qarabağdakı son gərginliyin səbəbi nədir?
Gözlə

No media source currently available

0:00 0:14:46 0:00

XATIRLATMA

Azərbaycanın Müdafiə Nazirliyi mayın 15-də bildirib ki, cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistana məxsus «OSA» zenit-raket kompleksi müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq, hava məkanını nəzarətə götürməyə cəhd göstərilib. Bundan sonra Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin qarşısını almaq məqsədilə Ermənistanın «OSA» zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb.

Bir gün sonra isə Ermənistan və Dağlıq Qarabağ separatçıları bu hücumun cavabsız qalmayacağı haqda xəbərdarlıq etdilər.

Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkəs gerçəkləşdirilənə qədər Dağlıq Qarabağ bölgəsi, bura bitişik 7 rayon və əlavə olaraq daha bir neçə kənd işğal edilib.

Ötən illərlə müqayisədə 2016-cı ildə atəşkəs daha çox pozulub, aprelin 2-5-də ağır silahlardan da istifadə etməklə döyüşlər olub. Hər iki tərəf itkilər verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG