Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 14:48

XİN: “Gərginliyin məsuliyyəti Ermənistanın üzərinə düşür”


Hikmət hacıyev

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana planlaşdırılan səfəri ərəfəsində Ermənistan silahlı qüvvələriağır silahlardan intensiv istifadə edilməklə atəşkəsi pozur və təxribat törədir. Ermənistanın törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələri itki verib”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki son gərginliyi şərh edərkən belə deyib.

Onun sözlərinə görə, iyunun 15-dən etibarən cəbhədə baş verənlər göstərir ki, atəşkəsin pozulması və təxribatların törədilməsinin təşəbbüskarı məhz Ermənistan tərəfidir.

“ ATƏT-in Minsk Qrupunun həmsədrləri nəzərə almalıdırlar ki, Ermənistan tərəfindən cəbhədə vəziyyətin gərginləşdirilməsi onların regiona, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinin ardınca baş verib. Ermənistan qəsdən cəbhədə vəziyyətin gərginləşdirilməsi yolu iləDağlıq Qarabağ münaqişəsinin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə və işğala əsaslanan mövcud status kvonu saxlamağa çalışır”, H.Hacıyev bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin iyunun 17-də yaydığı bəyanatda deyilir ki, qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir.

"Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də Azərbaycan ordusu itki verib. Görüləncavabtədbirləri nəticəsində iyunun 15-i və 16-da Ermənistan qüvvələrinin 6 hərbi qulluqçusu ölüb, yaralıları da var", nazirlik bildirib.

Dağlıq Qarabağdakı separatçıların müdafiə nazirliyi isə, məlumat yayıb ki, Azərbaycan tərəfi tank əleyhinə qumbaraatanlardan istifadə edib.

3 hərbiçi həlak olub. Onların 20 yaşında olduğu bildirilir.

Tərəflər bir qaydaolaraq bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Ötən ilin aprelində də cəbhə xəttində baş verən dörd günlük toqquşmalarda azı 200 nəfərin həlak olduğu bildirilirdi. Rusiyanın vasitəçiliyi ilə yenidən atəşkəs rejimi təmin olunmuşdu.

Xatırlatma

Dağlıq Qarabağ rəsmən Azərbaycanın tərkibindədir, 1990-cı illərin əvvəllərində müharibə nəticəsində Ermənistanın dəstəklədiyi separatçılar nəzarəti ələ alıblar.Münaqişədə 30 min nəfərin öldüyü bildirilir.

Dağlıq Qarabağın ətrafındakı Azərbaycana məxsus 7 rayonu da Ermənistan silahlı bölmələri və separatçılar işğal edib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.Həmsədrlər hazırda bölgədə səfərdədirlər. Onların yaxın günlərdə Azərbaycana gələcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG