Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 02:14

Tanınmış fotoqraf Oleq Litvin vəfat edib


"20 Yanvar" faciəsindən bir foto (fotoqraf Oleq Litvin)

Vaxtilə Azərbaycanın tanınmış fotoqraflarından biri olan Oleq Litvin vəfat edib.

O, uzun illər “Azərinform”da, indiki “Azərtac”da, TASS agentliyində işləyib. “Reuters”, “Associated Press” kimi xəbər agentlikləri ilə əməkdaşlıq edib.

Dağlıq Qarabağ münaqişəsi başlayanda Oleq Litvin cəbhə xəttindən fotoreportajlar hazırlayıb. Fotoqrafın "20 Yanvar" faciəsinə aid də xeyli fotoları var.

Buna da bax:​ Fotoqrafın şəkillərinə baxanda məmurlar böhtan, həmkarları senzura görür

“Lent.az” yazır ki, fotoqrafın bu mövzuda arxivində xeyli sayda foto var.

Fotoqraf 2000-ci ildə oğlunun yanına, Rusiyanın Volqoqrad şəhərinə köçüb. Bir müddət orda da fotoqraflıqla məşğul olub.

2017-ci ildə 81 yaşına bir gün qalmış həmin şəhərdə də vəfat edib.

İyulun 7-də Volqoqradda dəfn olunacaq.

Oleq Litvin 1936-cı ildə iyulun 6-da Bakıda doğulmuşdu. O vaxtkı Azərbaycan Dövlət Neft Sənaye institutunun məzunu olub.

Buna da bax:​ Türkiyə fransız fotoqrafı deportasiya edib

Fotoqraf kimi “Humay” mükafatının sahibi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG