Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 04:06

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan, 60 və 82 millimetrlik minaatanlardan da (25 mərmi) istifadə etməklə sutka ərzində atəşkəsi 135 dəfə pozub. Azərbaycan Müdafiə nazirliyinin məlumatında belə deyilir.

Məlumatda o da bildirilir ki, Ermənistan tərəf Qazaxın Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə, Tovuzun Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Gədəbəyin Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelər atəşə tutulub.

Buna da bax:​ Ermənistan Azərbaycanın 'Xrizantema'larına necə yanaşır?

Eyni zamanda, Tərtərin işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdamın Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Acarlı, Novruzlu, Mərzili, Xocavəndin Kuropatkino, Füzulinin Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycanın Silahlı Qüvvələri atəşə tutulduğu deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG