Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 23:37

“Kənd təsərrüfatı məhsullarının xaricdən tədarükünün artması məhsul istehsalının yerində saydığını göstərir. Aqrar sektor ölkə əhalisinin və qida sənayesinin tələbini təmin edə bilmir”.

Bunu ekspert Vahid Məhərrəmov deyib.

V.Məhərrəmov vurğulayır ki, yerli sənaye daxili tələbatda ət və südün 40, yumurtanın 60, toyuq ətinin isə 35 faizini təmin edir.

Buna da bax:​ Yeni rüsumlar qüvvəyə mindi, amma quşçular buna sevinmir...

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

“Tələbatı daxili istehsal hesabına təmin edə bilmirik”

“Demək, bu sahədə ciddi problemlər qalır. Qida sənayesi idxal mənşəli xammal, o cümlədən ətdən istifadə edir. Heyvandarlıq üçün yem və komponentlərinin çox hissəsi idxal edilir. Bu isə məhsulun bahalanmasına səbəb olur. Tələbatı daxili istehsal hesabına təmin edə bilmədiyimiz üçün daxili bazarda problem yaranır. Tələb təklifdən artıqdır", - deyə ekspert qeyd edib.

Ekspert ötən il gömrük rüsumunun artırılmasının idxal edilən kənd təsərrüfatı məhsullarının qiymətinə təsir göstərdiyini vurğulayır.

“1 kq toyuq ətinə 1 dollar vergi qoyulur. Halbuki, ətin öz qiyməti 80 sentdir. Bu isə idxal edilən kənd təsərrüfatı məhsullarının qiymətini kəskin artırır. Aqrar məhsulun idxalında inhisarçılıq da nəzərə alınmalıdır. Bu, sağlam rəqabətə mane olur. Qanunun icrasına süni əngəl yaradılır, bu isə ərzağın qiymətinə təsir edir”, – ekspert deyir.

Buna da bax:​ Azərbaycan iqtisadiyyatında hər şey azalır - idxal da, ixrac da

Aqrar sənayenin inkişafından ötrü nə etməli?

V.Məhərrəmov hesab edir ki, kənd təsərrüfatı ölkədə sabit inkişaf edən sektordur.

“Amma idxalı əvəzetmə, hələ ciddi statistik nəticələr vermir. Aqrar sənayenin inkişafı üçün kreditlər cəlb edilməli, investisiya qoyulmalı, tövlələr, otlaqlar, tərəvəz anbarları yaradılmalı, fermadan yaxın şəhərə yollar çəkilməlidir. Bundan başqa, regionların inkişafına alimlər cəlb edilməli, müasir texnologiyalardan istifadə edilməli, yeni təşəbbüslər stimullaşdırılmalıdır”, – V.Məhərrəmli bildirib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ki, 2017-ci ilin yanvar-may aylarında Azərbaycana 29,447 mln dollar məbləğində 19 965 ton ət idxal edilib. Ötən ilin uyğun dövründə isə ölkəyə 8 132 ton ət gətirildiyi qeyd edilir. Ət idxalının 2 dəfədən çox artdığı deyilir.

Buna da bax:​ Sahibkar: 'Gömrük rüsumları od tutub yanır'

Başqa kənd təsərrüfatı məhsullarının idxalının da artım olduğu bildirilir.

Bütün bunlar qiymət artımında da özünü göstərir.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2017-ci ilin yanvar-mart aylarında ötən ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,0 faiz bahalaşıb.

Bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 11,8 faiz yüksəlib.

Buna da bax:​ Yüksək rüsum toyuq əti idxalını azaltmayıb

Ancaq prezident İlham Əliyev bu il Respublika Günü ilə bağlı çıxışında demişdi ki, kənd təsərrüfatı ixracında artım var:

“Milli valyutamız sabitləşdi, qeyri-neft ixracımız artır. Dörd ayın iqtisadi göstəriciləri çox müsbətdir. Bizim valyuta ehtiyatlarımız, ticarət dövriyyəsi artıb. Ticarət dövriyyəsində müsbət saldo 1,2 milyard dollara çatıb. Ticarət dövriyyəsi 11, ixrac 41, qeyri-neft ixracı 22, kənd təsərrüfatı ixracı 44 faiz artıb”. – deyə prezident vurğulayırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG