Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 03:33

Yüksək rüsum toyuq əti idxalını azaltmayıb


Toyuq

Hökumətin 2016-cı ilin noyabrında toyuq əti idxalına yüksək rüsum tətbiq etməsi idxal həcminə təsir etməyib. Üstəlik, idxal 1.8 dəfə artıb.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) bilgiləri göstərir.

Rəsmi bilgilərə görə, bu ilin birinci rübündə Azərbaycana 4 min 70 ton toyuq əti idxal edilib. Bu, ötən ilin eyni dövrünün göstəricilərindən 1836.5 ton çoxdur. Bunlar əsasən dondurulmuş məhsuldur.

DGK bildirir ki, ilin birinci rübündə Ukraynadan 111, Rusiyadan 1671 ton toyuq əti idxal edilib.

Deyilən dövrdə ABŞ (87.56 ton) və Braziliyadan (186.13 ton) toyuq əti, budu idxalı davam edib.

Yeni qaydalara əsasən, 1 kq toyuq ətinin idxalına görə 1 dollar ödənilir. Əvvəl bu, 15 qəpik idi.

Azərbaycan Quşçular Cəmiyyətinin rəhbəri Aydın Vəliyevin deməsinə görə, bu norma yalnız MDB-yə daxil olmayan ölkələrə aiddir.

«MDB üzvü ölkələrə gömrük idxal rüsumu tətbiq edilmir. Bundan istifadə edən idxalçılar Ukrayna və Rusiyaya üz tutub», - deyə Vəliyev vurğulayıb.

Quşçular Cəmiyyətinin rəhbərinin bildirməsinə görə, bu ildən broyler təsərrüfatları mənfəət vergisinə də cəlb edilib.

A.Vəliyev hesab edir ki, bu, yerli istehsalçıların vəziyyətini daha da pisləşdirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG