Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 23:07

Səudiyyə-İran münasibətləri daha da pisləşə bilər


Mohammed bin Salman

Səudiyyə Ərəbistanı kralı Salman-ın aqressiv və ambisiyalı oğlu Mohammed bin Salman-ı vəliəhd təyin etməsi Səudiyyə-İran münasibətlərini daha da pisləşdirə bilər. Bu xəbərdarlıqla iyunun 21-də təhlilçilər çıxış edib.

Vəliəhd şahzadə ötən ay Səudiyyə televiziyasında deyirdi ki, Tehranla münasibətlərin yaxşılaşmasına açıq deyil. O, İranı şiə doktrinasını yaymaqdan ötrü islam dünyasını nəzarətə almaq cəhdində ittiham edirdi.

«İranın əsas hədəfi olduğumuzu bilirik. Elə edəcəyik ki, bu döyüş onlar üçün İranda açılsın, Səudiyyə Ərəbistanında deyil», – Mohammed bin Salman deyirdi.

Bu fikirlər İranda narahatlıq yaratmışdı, bu yaxınlarda Tehrandakı terror hücumlarının arxasında Səudiyyənin durması haqda fikirləri gücləndirmişdi.

İranın dövlət televiziyası iyunun 21-də şahzadənin təyinatını «yumşaq çevriliş» adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG