Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 22:52

NASA Rusiya raket mühərriklərindən istifadə edə biləcək


RD-180

İyunun 15-də ABŞ Senatı NASA-nın Rusiya istehsalı olan raket mühərriklərindən istifadəni davam etdirməsinə icazə verib. 94-6 çoxluğuyla qəbul olunan sənəd Rusiyaya yeni sanksiyalar haqda qanunvericiliyə əlavə olunub.

Birləşmiş Ştatlar hazırda mülki və hərbi peyklərin buraxılmasında Rusiyanın RD-180 mühərriklərindən istifadə edir. Agentliklər alternativlər hazırlamağa çalışırlar, bunu 2014-cü ildə qəbul olunmuş sanksiyalar qanunvericiliyi də tələb edir.

Milli Aerokosmik Agentliyinə bu icazəni verən layihənin müəllifi respublikaçı senator Cory Gardner-dir. O deyib ki, NASA bu sanksiyalardan ciddi ziyana düşərdi, yeddi kosmik missiyanı bağlamalı olardı. Senator NASA-nın artıq bir neçə milyard dollar ziyana düşdüyünü vurğulayıb.

Senatın Silahlı qüvvələr komitəsinin sədri John McCain NASA-ya istisna olunmasına qarşı çıxıb, bunu Rusiya müdafiə sənayesindən ötrü «hədiyyə» adlandırıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG