Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 18:19

Kosovoda seçkini mərkəz sağçı koalisiya qazanır


Kosovoda seçkilər

Kosovoda hakim mərkəz-sağçı Kosovo Demokratik Partiyasının (PDK) vaxtından əvvəl keçirilən parlament seçkilərində qələbə qazandığı görünür. Ancaq hətta koalisiya tərəfdaşları ilə belə bu partiya idarəçilikdən ötrü yetərincə mandat qazanmaya bilər.

İyunun 11-də keçirilən seçki solçu VV partiyasının gücləndiyini də ortaya qoyub. Bu partiya ötən seçkidən bəri dəstəyini iki dəfə artırıb və səsvermənin nəticələrinə görə, ikinci yerdə qərarlaşdığı görünür.

Bülletenlərin 90 faizindən çoxu sayılandan sonra prezident Hashim Thaci-nin PDK partiyasının idarə etdiyi koalisiyanın səslərin 34.65 faizini topladığı bildirilir. PDK koalisiyasına keçmiş baş nazir və üsyançı lider Ramush Haradinaj-ın Kosovonun Gələcəyi üçün Alyansı (AAK) da daxildir.

Millətçi VV səslərin 26.59, vəzifədən gedən Isa Mustafa-nın Kosovo Demokratik Liqası (LDK) 25.82 faiz səs toplayıb.

Seçici fəallığı 41.79 faiz olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG