Keçid linkləri

2017, 21 Avqust, Bazar ertəsi, Bakı vaxtı 04:36

Azərbaycan İrandakı terror aktlarını qınayır


Hikmət Hacıyev

“Azərbaycan İran İslam Respublikasında törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınayır”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İranda törədilmiş terror aktları ilə əlaqədar açıqlamasında belə deyib.

O, terror aktları nəticəsində həlak olanların ailələrinə, bütün İran xalqına və hökumətinə başsağlığı verib.

Buna da bax:​ Tehranda törədilən hücumlarda azı 12 nəfər ölüb - [foto- video]

“Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir. Azərbaycan terrorizmlə mübarizədə beynəlxalq ictimaiyyətin səylərini qətiyyətlə dəstəkləyir”, – XİN sözçüsü bildirib.

Xatırlatma

İyunun 7-də İranın paytaxtı Tehranda Ayatollah Ruholla Khomeini-nin məqbərəsi və parlament binasına silahlı hücum baş verib. Hücumlar zamanı azı 12 nəfərin öldüyü bildirilir.

Buna da bax: ‘İslam Dövlətinin paytaxtı Raqqaya’ hücum başlandı

İranın Fövqəladə Hallar Departamentinin rəisi Pir Hossein Kolivand 39 nəfərin yaralandığını və xilasedici əməliyyatların davam etdirildiyini bildirib.

Məlumatlara görə parlamentin binasına qadın paltarında daxil olan 4 yaraqlı öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG