Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 23:19

‘İslam Dövlətinin paytaxtı Raqqaya’ hücum başlandı


SDQ döyüşçüləri Raqqanın yaxınlığındakı Hazima kəndini tutublar

ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) iyunun 6-da xəbər verib ki, İslam Dövləti adlanan təşkilatın de facto paytaxtı sayılan Raqqa şəhərinin ələ keçirilməsi üçün hücum əməliyyatı başlanıb.

SDQ sözüçü Talal Silo Reuters agentliyinə deyib ki, bu döyüş çox ağır olacaq, çünki İŞİD özünə paytaxt adlandırıdığı şəhəri əldə saxlamaq üçün son damla qanınadək vuruşacaq.

Bu hücum İraqın şimalındakı Mosul şəhərinin üzərinə ABŞ koalisiyası tərəfindən dəstəklənən daha bir hücum əməliyytaı ilə eyni vaxta təsadüf edir. Bu şəhər isə İŞİD-in İraqdakı son istehkamıdır.

İslam Dövləti adlandırılan təşkilat Suriyanın Raqqa şəhərini 2014-cü ildə üsyançılardan alıb. Bu şəhər İŞİD-in Qərbdə törətdiyi terror aktları üçün də hazırlıq bazası sayılır.

Silo deyib ki, hücum şəhərin şimal, şərq və qərb istiqamətlərindən başlanıb.

Raqqa hücum kampaniyasının komandanı Rojda Felat Reuters-ə deyib ki, SDQ qüvvələri hazırda Raqqanın cənub-şərq ətrafındakı əl-Mişlab rayonunda döyüşürlər.

Reuters-lə Raqqanın 10 kilometrliyində olan Hukumiyyə fermaları ərazisindən danışan Silo deyib ki, ABŞ koalisiyası bu hücum əməliyyatını havadan raket zərnbələri ilə dəstəkləyir.

ABŞ koalsiyası bəyan etmişdi ki, Raqqa döyüşü “uzun və ağır” olacaq, lakin “xilafətin fiziki məhvində həlledici məqama çevriləcək”.

Koalisiyanın əməliyyat komandanı general-leytenant Steve Townsend deyib ki, “İŞİD qoşa paytaxtını itirəndən sonra sıralarına yeni səfərbərlər gətirməsi asan olmayacaq”.

General deyib ki, Mançester hücumu İŞİD-in təkcə İraq və Suriyaya yox, bütün dünyaya təhlükə olduğunu göstərdi.

Hərbçi bunu da əlavə edib ki, İŞİD-lə onun paytaxtları alınandan sonra da döyüşmək lazım gələcək.

Suriya Demokratik Qüvvələri hərbi birləşməsi ərəblərdən və Suriya kürdlərinin YPG qruplaşmasından tərtib edilib.

Türkiyə YPG-ni PKK-nın bir qolu hesab edir və onun Raqqa hücumunda iştirakına etiraz bildirirdi. Lakin ABŞ bu qənaətdədir ki, YPG Suriyada yeganə səmərəli döyüş qüvvəsidir və onu İŞİD-ə qarşı mübarizədə özünə müttəfiq sayır.

ABŞ koalisiyasının kəşfiyyat məlumatına görə Raqqada 3 min – 4 min cihadçı səngərlənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG