Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:57

Tehranda törədilən hücumlarda azı 12 nəfər ölüb - [foto- video]


İran parlamentində atışma. 7 iyun 2017
İran parlamentində atışma. 7 iyun 2017

Tehranda Ayatollah Ruholla Khomeininin məqbərəsi və parlament binasına edilmiş silahlı hücumda azı 12 nəfər ölüb.

Amma hücum edənlərin bura aid olub-olmadığı bəlli deyil.

Fövqəladə hallar departamentinin rəisi Pir Hossein Kolivand həmçinin 39 nəfərin yaralandığını və xilasedici əməliyyatların davam etdirildiyini bildirib.

Yerli kütləvi informasiya vasitələri parlamentə hücumun artıq bitdiyini xəbər verirlər.

Məlumatlara görə parlamentin binasında 4 yaraqlı öldürülüb.

Həmçinin Press TV məqbərədə vəziyyətin nəzarət altında olduğunu xəbər verir.

Mənbənin məlumatına görə bu hücumda 3 qadın və bir kişi iştirak edib.

Televiziya bundan əvvəl hücum edənlərdən 3-nün həbs edildiyini, 4-cünün isə özünü partladan intiharçı olduğunu xəbər vermişdi.

***

Son məlumata görə, Tehranda Ayatolla Ruhullah Khomeininin məqbərəsinə hücum edənlərdən biri özünü partladıb, biri polis tərəfindən öldürülüb, qalanları isə həbs edilib.

Bu barədə Tehranın qubernatoru Governor Hossein Hashemi məlumat verib.

O, İran televiziyasına ( İRİB) müsahibəsində həmçinin işçilərdən birinin öldürüldüyünü, bir neçə nəfərinsə yaralandığını bildirib.

Parlament binasına edilmiş hücumda isə 1 mühavizəçinin öldürüldüyü bildirilir.

Deputat Elyas Hazratinin sözlərinə görə həmçinin parlament binasının 4-cü mərtəbəsində mühasirəyə düşən hücumçulardan biri özünü partladıb.

“Tasmin” agentliyinin məlumatına görə, 4 nəfər binada girov götürülüb.

Reuters agentliyi isə ümumilikdə ölənlərin 6-7 nəfər olduğunu xəbər verir.

Bu hücumlara görə cavabdehliyi "İslam dövləti" qrupu üzərinə götürdü.

Bu barədə Azadlıq Radiosu Reuters agentliyinə istinadla xəbər verir.

***

Son məlumata görə, İran parlamenti və Ayatollah Ruhollah Khomeininin məqbərəsinə edilmiş silahlı hücumlarda 1 intiharçı da daxil olmaqla azı 3 nəfər ölüb, azı 12 nəfərsə yaralanıb.

"Far"s xəbərlər agentliyinin məlumatına görə, Khomeininin məqbərəsinə hücum edənlər 3 nəfər olub.

Onlardan ikisi camaata atəş açıb, biri isə özünü partladıb. Agentliyin məlumatına görə, özünü partladan qadın imiş.

İran televiziyası məqbərəyə edilmiş hücumda gözətçinin öldüyünü, 4 nəfərinsə yaralandığı xəbər verir.

Parlamentin binasına edilmiş hücumda isə həmçinin gözətçinin öldürüldüyü, 8 nəfərinsə yaralandığı xəbər verilir.

"İlna" agentliyi hücum edənlərdən ikisinin həbs olunduqlarını xəbər verir.

***

BBC gələn məlumatlara istinadla yazır ki, bu iki hücumun koordinasiya olunduğu görünür.

+++

«The Independent» qəzeti yazır ki, parlamentdəki atışmada iki mülki şəxs də yaralanıb. Onlar deputatlarıyla görüşə gələn seçicilərdir.

«Fars» agentliyi binadan qaçmaq istəyən silahlının saxlandığını bildirir.

Bir şahidin «Reuters»ə dediyinə görə, təhlükəsizlik qüvvələri parlamentin içini və çölünü tutub, insident artıq bitib.

+++

Tehranda ayətulla Ruhollah Khomeini-nin məqbərəsində atışma olub. İrandan gələn məlumatlara görə, bir neçə nəfər yaralanıb, dəqiq say bəlli deyil.

Xəbəri «Reuters», dpa, «Press TV» yayıblar.

Tehranın cənubunda yerləşən Khomeini mavzoleyinə bir silahlı atəş açıb, bir neçə nəfər yaralanıb. Xəbəri yarırəsmi «Fars» agentliyi yayıb.

Az öncə İran parlamentində azı bir silahlının atəş açdığı, bir mühafizəçinin yaralandığı bildirilirdi.

Tehrandan olan deputat Elyas Hazrati deyib ki, üç silahlının əlində iki «Kalaşnikov» avtomatı və bir tapança olub.

Bəzi məlumatlara görə, üç nəfərə atəş açılıb.

+++

İran parlamentindəki atışmada azı bir nəfər xəsarət alıb, bu haqda yerli agentliklər yazır.

Yarırəsmi «Fars» və «Mehr» agentlikləri iyunun 7-də bildiriblər ki, bir nəfər parlamentin binasına girib və mühafizəçilərə atəş açmağa başlayıb.

Azı bir mühafizəçinin yaralandığı bildirilir.

Parlament üzvü Akbar Ranjbarzadeh atəş açanın saxlandığını bildirib. Ancaq bəzi məlumatlara görə, o, qaça bilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG