Keçid linkləri

2017, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:19

Ölkəyə pul gətirilməsi və çıxarılması ilə bağlı yeniliklər


Manat-dollar (arxiv fotosu)

Bu gün, iyunun 6-sı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətinin yaydığı məlumata görə, komitə sədri Ziyad Səmədzadə bildirib ki, iqtisadi islahatların daha da dərinləşməsi istiqamətdə görülən işlərlə bağlı bir sıra qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulub. Dəyişikliklərin əksəriyyəti uyğunlaşdırma məqsədi ilə aparılıb və prezidentdən gəlib.

Buna da bax:​ “Avropa Birliyi ilə vizasız gediş-gəlişə nail olan bir ölkədə jurnalistin oğurlanması...”

Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətinin direktoru Anar Salmanov isə deyib ki, “Valyuta tənzimi haqqında” qanunda 14-1-ci maddə yeni redaksiyada təklif olunur. Düzəlişə əsasən, müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycana gətirilməsi, çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə tədbir görməlidir. Əldə olunmuş sənədlər aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.

Müzakirələrdə vurğulanıb ki, burada məqsəd gömrük orqanları belə hallar aşkarlayanda, bunun maliyyə monitorinqi orqanına ötürülməsi məsələlərini müəyyən etməkdən ibarətdir.

Buna da bax:​ Palata kreditorların restrukturizasiya planını dəstəkləyəcəyinə inanır

Daha sonra bir sıra qanunlara texniki düzəlişlər edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG