Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 08:44

Atəşkəslə bağlı 31 may açıqlaması


Qarabağda Azərbaycan əsgəri

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 120 dəfə pozublar.

Bu zaman, iriçaplı pulemyotlardan, 82 (50 mərmi) və 120 (15 mərmi) millimetrlik minaatanlardan da istifadə edildiyi açıqlanıb.

Məlumatda vurğulanır ki, Ermənistanın Noyemberyan, İcevan rayonlarından Qazax rayonunun Qaymaqlı və Ağstafa rayonunun Köhnəqışlaq kəndləri atəşə tutulub.

Bundan başqa, Berd rayonundan Azərbaycan ordusunun Tovuz, Krasnoselsk rayonundan da Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu bildirilir.

Nazirlik bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrimizin mövqeləri hədəf seçilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Tərəflər bir qayda olaraq bir-birlərini atəşkəs pozuntusunda ittiham edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG