Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 14:48

Elşad Abdullayevin şikayəti Avropa Məhkəməsində


Elşad Abdullayev

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan daxil olan daha bir şikayət üzrə araşdırmalara başlayıb. Məhkəmə Azərbaycan hökumətinə şikayətlə bağlı suallar göndərib.

Bu haqda AİHM-in saytı xəbər verir.

Şikayət fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin itkin düşmüş elan edilmiş qardaşı Mahir Abdullayevlə bağlıdır. Şikayətçi hazırda Avropada mühacirətdə olan Elşad Abdullayevdir.

Buna da bax:​ Elşad Abdullayevin bacısı oğlu saxlanıb

AİHM-ə göndərilmiş şikayətdə qeyd olunur ki, Milli Təhlükəsizlik Nazirliyinin işçisi olan Mahir Abdullayev 2003-cü ildən itkin düşüb. Ondan bir müddət xəbər çıxmadığından E.Abdullayev Yasamal rayon Polis İdarəsinə müraciət edib. Bir müddət ötdükdən sonra polis onun müraciəti əsasında araşdırma aparmaqdan imtina olunması haqqında qərar qəbul edib. Ancaq sonra Bakı şəhər prokurorluğu M.Abdullayevin itkin düşməsi ilə bağlı adam oğurluğuna görə, cinayət başladıb.

Şikayətdə daha sonra nələr var?

E.Abdullayev həmçinin şikayətində bildirib ki, qardaşını yüksək səviyyəli dövlət məmurlarının qoruduğu dəstə qaçırdıb və buna görə, bütün əlaqəli qurumlara şikayət edib. Ancaq nəticəsi olmayıb.

Buna da bax:​ Sevinc Babayevanın oğluna 15 il həbs verildi

E.Abdullayev sonuncu dəfə 2012-ci ildə əlaqəli qurumlara müraciət edərək qardaşının itkin düşməsi ilə bağlı araşdırmalar haqda ona bilgi verilməsini istəyib. Ancaq bundan imtina olunub.

Həmin imtina qərarına Bakıda - Nəsimi Rayon Məhkəməsində baxılıb. Nəsimi məhkəməsi isə öz növbəsində “cinayət araşdırması aparan qurumların qərarlarına məhkəmə qaydasında etiraz edilməsinin mümkün olmaması” əsası ilə şikayəti rədd edib.

Rayon məhkəməsini yuxarı instansiyalar da haqlı hesab edib.

Elşad Abdullayev hökumətin qardaşının itkin düşməsi ilə bağlı şikayətləri lazımi qaydada araşdırmadığını iddia edir. O, hesab edir ki, ölkə içində Avropa Konvensiyasının 2-ci (Yaşamaq hüququ), 3-cü (İşgəncələrin qadağan olunması), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) və 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddəsi pozulub.

Buna da bax:​ E. Abdullayev: “Gülər Əhmədovanın məhkəmə şousu...”

AİHM sözügedən şikayətlər üzrə hökumətdən arqumentlərini təqdim etməsini istəyib.

Xatırlama

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin qardaşı 2003-cü ildə itkin düşüb.

Bu olayla bağlı sonuncu dəfə rəsmi qurumlar 2012-ci ildə açıqlama yayıblar. Həmin vaxt Baş Prokurorluq bəyan etmişdi ki, M.Abdullayevin itkin düşməsi ilə əlaqədar olarsaq istintaq-əməliyyat qrupu yaradılıb.

Buna da bax:​ Gülər Əhmədova: «Elşad Abdullayev Fransadadır, onu MDB-də niyə axtarırlar?»

Açıqlamada vurğulanırdı ki, Mahir Abdullayevin 2003-cü il oktyabrın 13-də itkin düşməsi və digər faktlarla bağlı cinayət işi üzrə Baş prokuror yanında tam yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradılıb. Qrupa rəhbərlik Baş Prokurorun böyük köməkçisi Elmar Camalova həvalə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG