Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 03:45

E. Abdullayev: “Gülər Əhmədovanın məhkəmə şousu...”


Elşad Abdullayev
Elşad Abdullayev
-
“Gülər Əhmədovanın məhkəmə şousu Azərbaycan məhkəmələrinin qanunsuz mahiyyətini bir daha acıb göstərdi, burada hec bir ədalət mühakiməsindən söhbət gedə bilməz”.

Bunu AzadlıqRadiosuna Fransada mühaciətdə olan keçmiş universitet rektoru Elşad Abdullayev deyib.

“Məlumdur ki, Gülər Əhmədovanın cinayət əməlləri beynəlxalq hüquqi mənada “Gülərqeyt” statusu alıb və ağır dövləti cinayət hesab edilir”.

Gülər Əhmədova keçmiş rektor Elşad Abdullayevin 2012-ci ilin sentyabrın 25-də yaydığı və mandat alverindən söhbət gedən videodan sonra, 2013-cü ilin fevralında həbs edilmişdi.

2013-cü il dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi Gülər Əhmədovanı 3 il müddətinə azadlıqdan məhrum etmişdi.

Hökmə görə, Gülər Əhmədova 2005-ci ildə tanışı Sevinc Babayeva ilə əlbir olub Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş Elşad Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib, 1 milyon ABŞ dollarını ələ keçirib, 2012-ci ildə isə Sevinc Babayevanı istintaqdan yayındıraraq onun Türkiyədə gizlənməsinə şərait yaradıb.
XS
SM
MD
LG