Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 17:30

Sevinc Babayevanın oğluna 15 il həbs verildi


Ayxan Məmmədov

Ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin 5 il əvvəl yaydığı «deputat seçilmək üçün 1 milyon dollar» videosundakı Sevinc Babayevanın oğlu Ayxan Məmmədova 15 il həbs cəzası verilib.

Yanvarın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası bu haqda hökm çıxarıb.

Ayxan Məmmədov həyat yoldaşını öldürməyə cəhddə suçlanır. Cinayət işinin materiallarına görə, o, qısqanclıq zəminində arvadına 16 bıçaq zərbəsi vurub.

Ayxan Məmmədov məhkəmədə ifadəsində özünü təqsirli bilib.

Keçmiş deputat Gülər Əhmədovanın həbsi ilə nəticələnən qalmaqallı videoda Sevinc Babayeva onunla Elşad Abdullayev arasında vasitəçi kimi təqdim olunur.

2012-ci ilin sentyabrında video yayılan kimi Sevinc Babayeva Türkiyəyə getmiş və iki ay sonra İstanbulda vəfat etmişdi. Ayxan Məmmədov istər mətbuata açıqlamalarında, istərsə prokurorluqda və məhkəmədə ifadələrində anasının ölümünə görə Gülər Əhmədovanı ittiham edirdi.

Keçmiş deputat isə onun söylədiklərinin həqiqətə uyğun olmadığını, Sevinc Babayevanın ölkədən qaçmasında və ölümündə heç bir suçu olmadığını bildirirdi.

Deputat Gülər Əhmədova onu rüşvətdə ittiham edən videonu montaj adlandırır
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Elşad Abdullayevin yaydığı videolardan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Həmin videolarda Elşad Abdullayevdən deputat seçilməsindən ötrü 500 min dollar rüşvət alınması və bunun Prezident Aparatına çatdırılması haqqında söhbət gedirdi.

Gülər Əhmədova CM-nin dələduzluq, cinayəti bilib xəbər verməmək maddələri ilə ittiham olunub. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. 2014-cü il mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Gülər Əhmədovaya verilən həbs 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.

XS
SM
MD
LG