Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 03:25

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 120 dəfə pozublar. Bu zaman 60 və 82 millimetrlik minaatanlardan da (10 mərmi) istifadə edildiyi bildirilir.

Nazirliyin məlumatına görə, Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Noyemberyan rayonunun Voskevan kəndindəki mövqelərdən Qazax rayonunun Cəfərli, Quşçu Ayrım kəndlərindəki, həmçinin Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndindəki mövqelər atəşə tutulub.

Buna da bax:​ Avropa Parlamenti elçilərinin Bakı görüşləri [yenilənib]

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Baş Qərvənd, Kəngərli, Mərzili, Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan və Qaraxanbəyli kəndləri yaxınlığında adsız yüksəkliklərdə yerləşən mövqelərin də vurulduğu qeyd olunur.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Buna da bax:​ Həmsədrlər atəşkəsin pozulmasını pislədilər

Atəşkəs 23 ildir davam edir. Ancaq, hər gün tərəflər bir-birlərini atəşkəs pozuntusunda ittiham edirlər.

Ötən il aprelin 2-dən 5-nə kimi isə cəbhədə iri silahlar işə düşüb. Hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı yenidən razılıq əldə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG