Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 06:58

Avropa Parlamenti elçilərinin Bakı görüşləri [yenilənib]


David McAllister

Azərbaycan prezidenti İlham Əliyev mayın 22-də Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı David McAllister-in başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev deyib ki, bu səfərin Azərbaycan ilə Avropa təsisatları arasında əməkdaşlığın gücləndirilməsinə müsbət təsiri olacaq.

Görüşdə Azərbaycanda son illərdə gedən proseslər, Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı, Dağlıq Qarabağ münaqişəsi, insan haqları və ifadə azadlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Buna da bax:​ David McAllister: 'Demokratiya dəyərlərini qorumalıyıq'

Nümayəndə heyətinin səfər proqramına prezident İlham Əliyevdən başqa, Milli Məclisin sədri Oqtay Əsədov, parlament üzvləri, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər daxildir.

David McAllister-in başçılıq etdiyi nümayəndə heyəti Azərbaycandan əlavə Gürcüstan və Ermənistanda da olacaq. O səfər ərəfəsində demişdi ki, Azərbaycan, Gürcüstan və Ermənistan Avropa Birliyindən (AB) ötrü böyük əhəmiyyət kəsb edir.

«Xüsusilə, demokratiya, qanunun aliliyi, yaxşı idarəetmə, insan hüquqları və fundamental hüquqlar kimi dəyərlərimizi qorumalıyıq. Çünki əməkdaşlığımızı daha da dərinləşdirməyə çalışırıq», - deyə o bildirirdi.

Buna da bax:​ ‘Postsovet Azərbaycanında puç edilmiş demokratiya’

* * *

Elmar Məmmədyarov avropalı deputatları qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri David McAllister-in başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Nazir Avropa Parlamentin deputatlarının bu səfərinin Azərbaycanla Avropa Birliyi (AB) arasında əməkdaşlığa töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan və Avropa Birliyi arasında münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlıq perspektivləri müzakirə edilib.

E.Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin durumu barədə qonağa bilgi verib.

David McAllister-in başçılıq etdiyi nümayəndə heyəti Azərbaycandan əlavə Gürcüstan və Ermənistanda da olacaq. O səfər ərəfəsində demişdi ki, Azərbaycan, Gürcüstan və Ermənistan Avropa Birliyindən (AB) ötrü böyük əhəmiyyət kəsb edir.

Buna da bax:​ Mahmud Məmmədquliyev: “Avropaya vizasız getmək...

«Xüsusilə, demokratiya, qanunun aliliyi, yaxşı idarəetmə, insan hüquqları və fundamental hüquqlar kimi dəyərlərimizi qorumalıyıq. Çünki əməkdaşlığımızı daha da dərinləşdirməyə çalışırıq», - deyə o bildirirdi.

* * *

Avropalı deputatlar vətəndaş cəmiyyəti fəalları ilə görüşüb

Azərbaycana səfərə gələn Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri David McAllister-in başçılıq etdiyi nümayəndə heyəti bu gün, mayın 22-də Azərbaycanın vətəndaş cəmiyyəti fəalları ilə görüşüb.

Görüşdə hüquq müdafiəçisi Bəşir Süleymanlı, hüquqşünas Ələsgər Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, hüquq müdafiəçisi Şəhla İsmayıl, araşdırmaçı jurnalist Xədicə İsmayıl və iqtisadçı Vüqar Bayramov iştirak edib.

Avropalı qonaqlar hökumətlə apardıqları danışıqlar barədə bilgi veriblər.

Görüş zamanı vətəndaş cəmiyyətinin durumu əsas müzakirə mövzusu olub.

Yerli vətəndaş cəmiyyəti fəalları insan haqlarının durumu, QHT-lərlə bağlı qanunvericilik haqda qonaqlara məlumat veriblər.

İnsan haqları sahəsində ölkədə baş verənlər, siyasi məhbus problemi görüşün əsas müzakirə mövzularından olub.

XATIRLATMA

2015-ci ildə Avropa Parlamentinin Azərbaycanla bağlı sərt qətnamə qəbul etməsi tərəflər arasında münasibətlərin pozulmasına səbəb olmuşdu. Həmin qətnamədə demokratik prinsiplər və insan hüquqlarına görə Azərbaycan hakimiyyəti tənqid edilirdi.

Sənədə həmçinin, Avropa Komissiyası ilə üzv ölkələrə Azərbaycanda siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə sanksiya, viza qadağası məsələsinə baxmaq tövsiyə edilirdi.

Qətnamənin qəbulundan sonra Azərbaycan parlamenti «Avronest»dən çıxmaqla bağlı prosedurların başlanmasına qərar vermişdi. Milli Məclisin sözügedən qərar qəbul edilən iclasında Avropa Parlamentinin ünvanına rəsmi səviyyədə kəskin ittihamlar səslənmişdi.

Buna da bax: Avropa Birliyi də Azərbaycanda 5 saytın bağlanmasını pislədi

Ancaq 2016-cı il sentyabrın 30-da ölkə parlamenti «Avronest»ə yenidən geri dönməyə qərar verib.

«Avronest» Parlament Assambleyası Avropa Birliyi «Şərq Tərəfdaşlığı» təşəbbüsünün parlament komponentidir. Assambleyanın tərkibində Avropa Parlamentindən 60, təşəbbüs iştirakçısı olan dövlətlərin - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynanın hər birindən isə 10 deputat iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG